Elvin Basqallı mətbuat katibi təyin edildi

15:08 06-06-2022 | icon 614 | KİV
Elvin Basqallı mətbuat katibi təyin edildi

"Evlərimiz, ocaqlarımız elə münasibətlərimiz də həmişə isti olsun"

 

"Azəristiliktəchizat" ASC-də mətbuat katibi vəzifəsinə təyinat olub.

 

Versus.Az xəbər verir ki, sözügedən vəzifə Elvin Basqallıya həvalə olunub.

 

 

Bu barədə jurnalist özü də sosial şəbəkə hesabında paylaşım edib:

 

"Dəyərli dostlar, əziz həmkarlar və hörmətli abonentlər! "Azəristiliktəchizat" ASC-nin İctimaiyyətlə Əlaqələr üzrə Xidmətinin Rəhbəri kimi ilk sorğularımızı, müraciətlərimizi alıb, işə başlamışam. Evlərimiz, ocaqlarımız həmişə isti olsun, elə münasibətlərimiz də. Həm abonentlərimizin, həm də həmkarlarımızın müraciətlərini dərhal cavablandırmaq və həllinə çalışmaq qarşımda duran əsas vəzifədir".

 

Xatırladaq ki, tanınmış jurnalist bu vəzifəyə qədər Space televiziyasında Xəbərlər proqramının aparıcısı və Xəbərlər departamentinin rəhbəri kimi çalışıb. Bundan başqa, Xəzər Televiziyasında "Xəzər Xəbər" xəbərlər proqramının aparıcısı olub.

 

P.S. Həmkarımızı Versus.az İnformasiya Agentliyi olaraq təbrik edir və uğurlar arzu edirik.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu