Almanlar ingilislərlə bacarmadı

06:46 08-06-2022 | icon 485 | İdman
Almanlar ingilislərlə bacarmadı

UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib.

 

Versus.Az xəbər verir ki, turun maraqla gözlənilən oyununda dördqat dünya çempionu Almaniya son Avropa çempionatının finalçısı İngiltərə ilə qarşılaşıb. Hər iki komanda ilk qələbəsini qazanmaq məqsədilə meydana çıxıb. Almaniya millisi oyuna qadınlardan ibarət millinin forması ilə qatılıb. Hans Flikin yetirmələri bu jestlə iyulun 6-da startı veriləcək qadınlar arasında Avropa çempionatı ərəfəsində əks cinsdən olan həmkarlarına dəstək nümayiş etdiriblər.

 

Qarşılaşmanın nəticəsinə gəldikdə isə almanlar oyun ərzində bir qolla üstün olsalar da, son dəqiqələrdə vurulan penalti sayəsində ingilislər hesabı bərabərləşdirib və məğlubiyyətdən yaxa qurtarmağı bacarıblar - 1:1.

 

İlk oyununda 4:0 hesabı ilə qalib gələn Türkiyə millisi paytaxt Vilnüsdə Litvanın qonağı olub. Səfərdə rəqibinə daha çox qol vuran türklər qrupdakı liderliklərini möhkəmlədiblər - 0:6.

 

UEFA Millətlər Liqası

A Liqası

3-cü qrup

Almaniya – İngiltərə 1:1

İtaliya – Macarıstan 2:1

B Liqası

3-cü qrup

Bosniya və Herseqovina – Rumıniya 1:0

Finlandiya – Monteneqro 2:0

C Liqası

1-ci qrup

Farer adaları – Lüksemburq 0:1

Litva – Türkiyə 0:6

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK