Ümumi təhsil müəssisələrinin təsnifatı DƏYİŞDİ

19:57 08-06-2022 | icon 584 | Təhsil
Ümumi təhsil müəssisələrinin təsnifatı DƏYİŞDİ

Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşib.

 

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edib.

 

Dəyişikliyə əsasən, ümumi təhsil müəssisələrinin növlərinin sayı 13-dən 14-ə qaldırılıb.

 

- ibtidai ümumtəhsil məktəbi;
- ümumi orta ümumtəhsil məktəbi;
- tam orta ümumtəhsil məktəbi;
- lisey;
- gimnaziya;
- inteqrasiya təlimli ümumtəhsil məktəbi;
- xüsusi ümumtəhsil məktəbi;
- ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;
- internat tipli lisey;
- internat tipli gimnaziya;
- inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;
- internat tipli xüsusi ümumtəhsil məktəbi;
- internat tipli sanator ümumtəhsil məktəbi;
- digər məktəblər.

 

Ümumi təhsil müəssisələrinin yeni təsnifatı ilə əlaqədar “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna müvafiq dəyişiklik edilib. Hazırda sağlamlıq imkanları məhdud şəxslər təhsil aldıqları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, o cümlədən xüsusi məktəblər və xüsusi internat məktəblərində, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələrdə, ümumtəhsil internat məktəblərinin xüsusi təhsil bölmələrində tam dövlət təminatındadırsa, dəyişiklikdən sonra sağlamlıq imkanları məhdud şəxslər təhsil aldıqları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, o cümlədən xüsusi ümumtəhsil məktəblərində, internat tipli xüsusi ümumtəhsil məktəblərində, inteqrasiya təlimli ümumtəhsil məktəblərinin xüsusi bölmələrində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin xüsusi bölmələrində tam dövlət təminatında olacaq.

 

Həmçinin təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisənin xüsusi siniflərində sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsil təşkil edilir.

 

İnteqrasiya təlimli təhsil müəssisəsinin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, əqli və (və ya) psixi ləngimələrə görə təlim və ya peşə təhsili, yaxud konkret bir peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstəriş yoxdursa, onların qəbuluna etiraz edə bilməz.

 

İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

 

Eyni zamanda qanuna “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. İnteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təyinatlı və ya internat tipli təhsil müəssisəsidir.

 

Qanunlara dəyişikliklər təhsil müəssisəsinin tipləri və növləri konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaqları üçün xüsusi şəraitin yaradılmasının təmin edilməsi məqsədi daşıyır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ