Qarabağ qazisinin qızınndan dünya rekordu 

07:46 16-06-2022 | icon 827 | Təhsil
Qarabağ qazisinin qızınndan dünya rekordu 

 

 

Azərbaycanlı məktəbli Şükran Mikayılzadə Türkiyə universitetlərinə qəbul üçün keçirilən imtahanlarda rekord nəticə əldə edib.

 

 

Versus.az xəbər verir ki, bu barədə Ölkə.Az-a Ş.Mikayılzadənin anası Lətafət Əliyeva məlumat verib. Bildirib ki, bu il Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin 11-ci sinifini başa vuran Şükran Marmara Universitetinə keçirilən qəbul imtahanında 98,43 bal toplayıb. Bu, dünya üzrə rekord nəticədir. Belə ki, Ş.Mikayılzadə Marmara Universitetinə dünyanın müxtəlif ölkələrindən imtahan verənlər arasında ən yüksək nəticə göstərib.

 

 

17 yaşlı Ş.Mikayılzadə orta məktəb illərində hər zaman uğurları ilə fərqlənib. 9-cu sinifi qırmızı atestatla bitirən Şükran 10-cu sinifdə Respublika Fənn Olimpiadasında final turuna kimi iştirak edib. 2022-ci ildə Respublika Fənn Olimpiadasının final turunda 3-cü yeri tutaraq, bürünc medala layiq görülüb. O, 11-ci sinif buraxılış imtahanının nəticələrinə görə də qırmızı attestat alacaq.

 

Atası Mühəndis Mikayılov isə Qarabağ qazisidir.

 

Şükran orta məktəbdə oxuduğu illərdə alman, ingilis, rus, türk və koreya dillərini öyrənib.
O, həkim olmaq və tibbin sirlərini öyrənmək üçün qardaş Türkiyədə ali təhsil almaq niyyətindədir.

 

L.Əliyeva qızının qəbul olduğu universitetin illik təhsil haqqının bir qədər yüksək olduğunu deyib:

 

"Həmin universitet Türkiyənin sayılıb-seçilən ali təhsil müəssisələrindən biridir. Azərbaycandan cəmi bir nəfər ən yüksək bal toplayan şəxs qəbul edilir. Təhsil haqqının ödənilməsi üçün dövlət proqramına da müraciət edəcəyik. Əgər burs düşsə, oxutmaq bizə rahat olacaq".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ