Rəsulzadənin nadir görüntüləri maraqla qarşılandı

13:49 20-06-2022 | icon 673 | Tarix
Rəsulzadənin nadir görüntüləri maraqla qarşılandı

Məhəmməd Əmin Rəsulzadə, Məmməd Həsən Hacınski, Əhməd Pepinov və Azərbaycanın digər görkəmli siyasətçilərinin görüntülərini əks etdirən rənglənmiş tarixi video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

 

Versus.az xəbər verir ki, görüntülərdə 1918-ci il 20 mart tarixində Trabzon Sülh Konfransında iştirak edən nümayəndə heyətləri əks olunub.

 

Fırat Gökdemir adlı şəxs tərəfindən rənglənən videonun bir il əvvəl yutuba yerləşdirilməsinə baxmayaraq, sosial şəbəkələrdə indi yayılmağa başlayır. İstifadəçilər tərəfindən sürətlə yayılan video Rəsulzadənin nadir görüntüləri kimi qiymətləndirilir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusunun bu video çəkilən zaman 34 yaşı olub. 

 

Qeyd edək ki, görüntülərdə Xəlil bəy Xasməmmədov, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Mir Yaqub Mehdiyev, Əkbər ağa Şeyxülislamov, İbrahim bəy Heydərov, Məmməd Həsən Hacınski, Heydər bəy Abaşidze Akaki Çxenkeli, Georgi Qvazava, Rusudan Mikeladze, Georgi Lasxişvili, Aleksandr Xatisyan, Rauf (Orbay) bəy, Tevfik (Sağlam) bəy və başqaları yer alıb.

 

Xatırladaq ki, Trabzon konfransı və ya Trabzon sülh konfransı — 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilib. Açılış iclası 14 mart 1918-ci ildə baş tutub. Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Hüseyn Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli idi.

 

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Əfsanəvi telefonun yeni VERSİYASI

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT