Magistraturaya ixtisas seçimi BAŞA ÇATDI

06:01 05-07-2022 | icon 355 | Təhsil
Magistraturaya ixtisas seçimi BAŞA ÇATDI

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi başa çatıb.

 

Versus.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, ixtisas seçimi iyunun 29-dan iyulun 5-i saat 23:59-dək davam edib.

 

İxtisas seçimində 11647 nəfər ərizəsini təsdiq edib, onlardan 10664-ü Azərbaycan, 983-ü isə rus bölməsindəndir.

 

Qeyd edək ki, ixtisaslaşma seçiminə magistraturaya 20 fevral və 29 may 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılıblar.

 

Müsabiqədə iştirak etmək hüququ olan bakalavrlar iyunun 29-dan iyulun 5-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalı idilər. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlərdilər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirdilər.

 

Müsabiqəyə yalnız “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır