Hökumət Evində Vətəndaşların Qəbulu Mərkəzi - FƏALİYYƏTƏ BAŞLADI

13:11 05-07-2022 | icon 1138 | Gündəm
Hökumət Evində Vətəndaşların Qəbulu Mərkəzi - FƏALİYYƏTƏ BAŞLADI

Bu gündən Hökumət Evi kimi tanınan inzibati binada (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84) yerləşən dövlət qurumları tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılan Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətə başlayıb.

 

Versus.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, Mərkəzdə vətəndaşların qəbulunu nazirliklə yanaşı, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Energetika, Mədəniyyət və Kənd Təsərrüfatı nazirlikləri, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin məsul əməkdaşları həyata keçirir.

 

Mərkəz Hökumət Evində yerləşən bütün dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır.

 

Vətəndaşların Qəbulu Mərkəzində müasir avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar, “Ana və uşaq otağı”, həkim və psixoloq fəaliyyət göstərir.

 

Mərkəzdə qeyd edilən qurumların mütəxəssisləri ilə yanaşı, könüllülər də qəbula gələn vətəndaşlara köməklik göstərəcək.

 

Xidmət sahələri videomüşahidə üsulları vasitəsilə nəzarətdə saxlanılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Türk dünyasının deputatları Xankəndidə

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri