50 azərbaycanlı tələbə İsraildə təhsil alacaq

17:20 06-07-2022 | icon 646 | Təhsil
50 azərbaycanlı tələbə İsraildə təhsil alacaq

Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AICAT) arasında 50 azərbaycanlı tələbənin kənd təsərrüfatı sahəsində İsraildə təhsil alması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

 

İsrail səfirliyindən bildirilib ki, tələbələr bir tədris ilini İsrailin Arava bölgəsində keçirəcək, burada kənd təsərrüfatı sahəsində ən qabaqcıl bilik və bacarıqları öyrənəcək və geri qayıtdıqdan sonra Azərbaycanda tətbiq edəcəklər.

 

Tədbir zamanı Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.

 

Səfir Corc Dik Azərbaycan ilə İsrail arasında inkişaf edən əlaqələrdən danışıb: “İsrail ilə Azərbaycan arasında əlaqələr yeni səviyyələrə yüksəlib və akademik, kənd təsərrüfatı və xalqlarımız səviyyəsində daha da genişlənir. Azərbaycan dünyada belə bir proqramda iştirak edən ilk ölkə olacaq. Bu, nazir İnam Kərimovun İsrailə və İsrailin kənd təsərrüfatı nazirinin Azərbaycana səfərinin nəticəsidir. Kənd təsərrüfatı ərzaq təhlükəsizliyi deməkdir. Buna görə də, kənd təsərrüfatı sahəsində əməkdaşlığımız çox vacibdir və hər gün inkişaf edir”.

 

Tədbir iki tərəf arasında anlaşma memorandumunun imzalanması ilə yekunlaşıb.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır