"İfa tərzim Elnur Hüseynova çox bənzədilir"

14:14 29-09-2022 | icon 563 | Şou-biznes
"İfa tərzim Elnur Hüseynova çox bənzədilir"

"Əsas odur ki, Nadir Rüstəmli olum"

 

Azərbaycanın ən son Avroviziya təmsilçisi Nadir Rüstəmli Mtv Azərbaycan kanalının qonağı olub.

 

Versus.Az xəbər verir ki, ifaçı maraqlı açıqlamaları ilə yadda qalıb.

 

Rüstəmli öncə, yenidən Azərbaycanı bu müsabiqədə təmsil etmək istəyindən söz açıb:

 

"İkinci dəfə Avroviziyada təmsil etməklə bağlı izləyicilərimlə aramda narazılıq yarandı. Dedim, 2 il ardıcıl istəmirəm. Sevənlərim incidi ki, sanki onları saymıram. Dedim, yaxşı siz deyən olsun. Amma yenə də deyirəm, ardıcıl təmsil etmək özümə qəribə gəlir, sanki əl çəkmirəm. Təklif gözləyirəm, çünki bəzi şeylər ürəyimdə qalıb. Amma bilmirəm ki, bu hansı il olacaq".

 


Nadirlə Eldarın dueti də gözlənilir:

 

"Eldar Qasımovla duet gözlənilir. Onunla yaxşı dost münasibətim var, tez-tez görüşürük".

 

Bundan əlavə, ifaçı aparıcı Samir Bayramlının ""Eurovision"a gedib gələnlərdə belə bir fikir var ki, biz ora gedib dünya ulduzu münasibəti görürük, gəlib boşluğa düşürük, bilmirik nə edək" fikrinə də aydınlıq gətirdi:

 

"Məndə də oldu. Bir çox təmsilçilərimiz daha sonra xaricə üz tutdular baxmayaraq ki, qınaq obyektinə çevrildilər. Haqlı səbəbləri var idi. Mənim başqa ölkəyə köçüb orda sənətimi davam etdirmək kimi bir fikrim yoxdur. Sadəcə iş görüşləri ola bilər".

 

Nadir də hesab edir ki, ifa tərzi Elnur Hüseynova çox bənzədilir:

 

"Oxumaq tərzimi Elnur Hüseynovla tez-tez oxşadırlar. Onunla tanışlıq var, bu barədə də danışmışıq." Səs Azərbaycan"da onun mahnısını ifa etmişdim. Elnura həmin nəğməni göndərib deyirdilər ki, burda sənə bənzər biri var. Avroviziya vaxtı da mənə öz məsləhətlərini vermişdi. Onu "O Səs Türkiyə" dən sonra tanıdım. Mən Avroviziyaya 2011- ci ildən baxdım. Elnur 2008-də təmsil edəndə mənim 8 yaşım var idi. "Gülür". Elnurun ifalarına baxıb çox şey öyrənmişəm. Zamanla sevdiyim artistə çevrilməyə başladı. Ona bənzədilmək mənə xoş gəlməyə başladı. Amma heç vaxt istəmirdim ki, Elnur Hüseynova bənzəyən oğlan kimi yadda qalam. Əsas odur ki, Nadir Rüstəmli olum!"

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ