“Dünya iqtisadiyyatı tənəzzül edə bilər”

11:18 11-10-2022 | icon 425 | İqtisadiyyat
“Dünya iqtisadiyyatı tənəzzül edə bilər”

Dünya Bankı və BVF rəhbərləri açıqlama verdilər

 

“Gələn il dünya iqtisadiyyatı tənəzzül edə bilər”.

 

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Qeorqiyeva və Dünya Bankının (DB) prezidenti Devid Melpas məlumat verib.

 

“Gələn il real qlobal tənəzzül riski təhlükəsi var. Avropada inkişaf etmiş ölkələrin iqtisadiyyatları yavaşlayır. Gələn il bunun hara yönləndiyini görəcəyik”, - deyə Malpas bildirib.

 

“Mən sizinlə tam razıyam ki, tənəzzül riski artıb”, - deyə Qeorqiyeva öz növbəsində vurğulayıb.

 

BVF rəhbəri qeyd edib ki, qlobal iqtisadiyyatda yavaşlama nəticəsində “silinə biləcək” ümumi məbləğ indiki zamanla 2026-cı il arasındakı periodda 4 trilyon dollar təşkil edəcək.

 

“Söhbət Almaniyanın [ÜDM] ölçüsünə bərabər olan ÜDM-nin yoxa çıxmasından gedir”, - deyə Qeorqiyeva əlavə edib.

 

Melpas və Qeorqieva BVF və DB-nin rəhbər orqanlarının payız sessiyasının başlaması ərəfəsində canlı yayımda müzakirələr aparıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...