Cəbrayılda Qumlaq dəmir yolu stansiyasının təməli qoyuldu

17:17 20-10-2022 | icon 504 | Qarabağ
Cəbrayılda Qumlaq dəmir yolu stansiyasının təməli qoyuldu

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar.

 

AZƏRTAC xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlət başçılarına Horadiz-Ağbənd dəmir yolu xətti və Qumlaq stansiyası barədə məlumat verib.

 

Bildirilib ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini Azərbaycan Prezidenti 2021-ci il fevralın 14-də qoyub və layihənin 2023-cü ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur.

 

Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Dəmir yolu xətti boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Layihə çərçivəsində, həmçinin 456 süni mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işarəvermə xətti istismara veriləcək. Hazırda dəmir yolu xəttinin 62-ci və 71-ci kilometrləri arasındakı ərazidə torpaq yatağı və süni mühəndis qurğularının tikintisi işləri aparılır. Layihələndirilmə və tikinti işləri minatəmizləmə prosesinə paralel davam etdirilir.

 

Məlumat verilib ki, təməli qoyulan Qumlaq stansiyası ümumilikdə 1,69 hektar ərazini əhatə edir. Stansiya modern üslubda dizayn edilib və platforma, stansiya binası, avtomobil, avtobus və taksi dayanacaqlarından ibarətdir. İstismara verildikdən sonra stansiya gündəlik olaraq 150-200 nəfər sərnişinə xidmət göstərəcək, habelə müvafiq istiqamətlərdə yüklərin səmərəli və təhlükəsiz daşınmasına imkan yaradacaq.

 

Dövlət başçılarına Ələt-Ağbənd-Naxçıvan-Qars dəmir yolu layihəsi barədə də məlumat verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

Türkiyə-Azərbaycan biznes forumu BAŞLAYIB

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI