"Bu mümkün ola biləcək təhlükələrin qarşısını alınmış olacaq”

 

21:22 20-10-2022 | icon 575 | Qarabağ
"Bu mümkün ola biləcək təhlükələrin qarşısını alınmış olacaq”
 

 Elxan Şıxəliyev: “Əsas mesaj ondan ibarətdir ki, bu bölgə çox qısa müddətdə yenidən qurulacaq”

 

“Zəngilan rayonunun azad olunmasının əsas strateji əhəmiyyəti cənub və qərb sərhədlərimizin bərpa olunmasından ibarətdir”.

 

Versus.az xəbər verir ki, bunu hərbi ekspert Elxan Şıxəliyev bu gün Zəngilanın erməni işğalından azad olunmasının hərbi əhəmiyyətini şərh edərkən bildirib.

 

Hərbi ekspert qeyd edib ki, Zəngilan 44 günlük müharibədə bölmələrimizin cənub istiqamətində, Cəbrayıldan sonrakı istiqamət üzrə işğalda olan 132 km ərazinin azad olunaraq İranla sərhəddin tamamlanması baxımından mühüm bir ərazi idi:

 

“Ermənistan üçün strateji olan Gorus- Zəngilan -Cəbrayıl nəqliyyat yolu bu istiqamətdən keçirdi və ermənilər cənub qruplaşmasında olan bölmələrin əsas təminatını bu yolun üzərindən təmin edirdilər. Eyni zamanda Xudafərin su anbarının üzərindəki körpülərlə İranla hərbi  yardımlaşma həyata keçirirdilər. 

Silahlı qüvvələrimiz Zəngilan rayonunu azad edəndə sərhədlərimizi 2 istiqamətdə bərpa etmiş oldular. Biri cənub istiqamətində -İranla sərhəddi, digəri qərbdə Ermənistanla olan sərhəddi”.

 

Hərbi ekspet qeyd edib ki, bizim sərhəd qoşunlarımızın İranla sərhəddə, Zəngilan istiqamətində gedən əməliyyatların tamamlanmasında xüsusi rolu oldu:

 

“Silahlı qüvvələrimiz bu sərhədlərə çıxmaqla cənub istiqamətində əsas strateji hədəflərimizi tutdu. Artıq cənubda İranla sərhəd ərazilər və Ermənistana sərhəd ərazilər nəzarətə götürüləndən sonra, ermənilər avtomatik olaraq Qubadlı və şimal istiqamətindən çəkilməyə məcbur oldular”.

 

E.Şıxəliyev bildirib ki, bu gün Zəngilan istiqamətində kommunikasiyaların bərpa olunması , xüsusən də yeni Hava Limanının açılması strateji olaraq bölgənin gələcəkdə  hava daşımaların həyata keçirilməsi baxımından, həm də bölgədə strateji hərbi infrastrukturdan istifadəsi üçün yararlı olacaq:

 

“Düşünürəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın  Azərbaycan prezidenti ilə birlikdə Zəngilan hava limanının açılışında  iştirakının əsas mesajı ondan ibarətdir ki, bu bölgə çox qısa müddətdə yenidən qurulacaq və vətəndaşlarımızın öz dədə-baba yurdlarına köçməsi həyata keçiriləcəkdir.  Eyni zamanda  Azərbaycanın qərb bölgəsinin, İranla sərhəd bölgəsinin möhkəmləndirilməsi baş verəcək ki,bu da nəticə etibarilə mümkün ola biləcək təhlükələrin qarşısını alınmış olacaq”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

1-ci Qarabağ müharibəsinin şəhidi Lerikdə dəfn edildi

Xəbərdarlıq RƏNGLƏRİ

Türkiyə-Azərbaycan biznes forumu BAŞLAYIB