Zəfər Bayramımız və Bayraq günümüz MÜBARƏKDİR

11:00 08-11-2022 | icon 384 | Sağlamlıq
Zəfər Bayramımız və Bayraq günümüz MÜBARƏKDİR

Nərminə Abbasova: "Zəfər Bayramına bir həkim olaraq töhfələrimiz oldu"

 

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA özünün və Klinikanın əməkdaşları adından 8 Noyabr - Zəfər Bayramı günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Versus.Az xəbər verir ki, 44 günlük müharibə dövründə ölkə başçısı İlham Əliyevin birlik çağırışına qoşulan MayoMed Klinikasının fəaliyyətindən danışan Nərminə Abbasova bu Zəfər günündə Klinika olaraq əməklərinin olduğunu və bununla fəxr etdiklərini vurğulayıb.

 

Şəhid ailələrinə, qazilərə mənəvi-maddi yardımlarını əsirgəmədiklərini qeyd edən həkim-terapevt hazırda da bu həssas qrupa Klinikada xüsusi yanaşıldığını bildirdi. Qeyd etdi ki, bu xidmətlər Zəfər Bayramına bir həkim olaraq töhfələrimiz oldu.

 

Nərminə xanım bu möhtəşəm Zəfər Bayramı münasibətilə xalqımızı təbrik etdi, qazilərimizə Allahdan şəfa dilədi. Bildirdi ki, illər keçsə də hər zaman şəhid ailələri və qazilərin müalicəsində təmənnasız xidmətlərini göstərəcəklər.

 

Eyni zamanda, 9 Noyabr - Bayraq günü münasibətilə də xalqımızı və dövlətimizi təbrik edən ailə həkimimiz sağlam gələcək naminə bir həkim olaraq insanlarımızın keşiyində durduqlarını və duracaqlarını bəyan etdi.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

Türkiyə-Azərbaycan biznes forumu BAŞLAYIB

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI