Soğan suyunun saçlara faydası varmı?

13:38 09-11-2022 | icon 513 | Sağlamlıq
Soğan suyunun saçlara faydası varmı?

Bir çoxlarınız nənələrinizdən soğan suyunun saçlara olan faydası haqqında yəqin ki, eşitmisiniz.

 
 
 
Versus.Az xəbər verir ki, soğan suyu saç köklərini möhkəmləndirərək onların tökülməsinin qarşısını alır.
 
 
Soğan suyu saç dərisini problemlərini də həll edərək tük köklərini möhkəmləndirir və saçların uzanmasına səbəb olur, saçqıranlardan azad edir.
 
 
Soğan suyunun faydaları haqqında bir çox ölkələrin dermotoloji jurnallarında da məqalələr çap edilmişdir. Məqalələrdə saçların ağarmasında saç köklərində yığılıb qalan hidrogen peroksid maddəsinin səbəb olduğu barədə yazılar da dərc olunub. Yazılarda saçların ağarmasında tüklərin dibində olan katalaz maddəsinin az olduğunun da rolu olduğu qeyd edilir. Katalaz saçların ağarmasının qarşısını almaqla yanaşı, tükləri də qalınlaşdırır.Katalazın əmələ gəlməsində isə soğan suyu mühüm rol oynayır. Buna görə də mütəxəssislər soğan suyunun saçların ağarması prosesini ləngitdiyini, saçları möhkəmlətdiyini və uzanmasına kömək etdiyini söyləyirlər.
 
 
Soğan suyu antibakterial təsirə malik olduğu üçün saç dərisindəki infeksiyaların da sağalmasına səbəb olduğuna görə bir çox dermatoloqlar saç problemləri olan xəstələrə soğan suyudan istifadə etməyi tövsiyə edirlər. (milli.az)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT