Divan üstündə dava

14:12 14-11-2022 | icon 307 | Hadisə
Divan üstündə dava

Gədəbəydə polisləri söyən şəxs həbs olundu

 

Gədəbəydə polis əməkdaşlarını təhqir edən şəxs həbs olunub.

 

“Unikal”ın məlumatına görə, rayonun Qumlu kənd sakini Akif İsmayılov (soyad şərtidir) ata evindən özünə məxsus divanı götürmək istəyərkən anası və qardaşı onu döyüblər. A.İsmayılov Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşları isə işin araşdırılacağını bildiriblər. 

 

Lakin sonradan o, yenidən ata evinə gəlib və divanı götürmək istəyib. Anası, bacısı və qardaşı onu yenidən döyüblər. 

 

Bundan sonra Akifin anası, qardaşları, bacıları və qonşuları Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edərək onun kənd ərazisində nalayiq söyüşlər söydüyünü bildiriblər. Gədəbəy Rayon Polis Şöbəsinə aparılan A.İsmayılov polis əməkdaşlarının ünvanına söyüşlər söyüb, dövlət orqanlarını təhqir edib. Eyni zamanda polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.

 

A.İsmayılov barəsinə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunub. Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Mədəkiçiltmə erasının sonu gəlir

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Əmirbəyovdan “Zeit”ə AÇIQLAMA