UNICEF: Xəstəxanalarda yenidoğulanlara süni uşaq qidaları verilməməlidir

16:03 23-01-2019 | icon 845 | Sağlamlıq
UNICEF: Xəstəxanalarda yenidoğulanlara süni uşaq qidaları verilməməlidir

 

Yenidoğulan körpələrin xəstəxanada ana südü ilə qidalandırılması ilə bağlı tələblər daha sərt və dəqiq yerinə yetirilməlidir.

 

Versus.Az bildirir ki, bunu Trend-ə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda yalnız ana südü ilə qidalanma göstəricisi aşağıdır: "Düşünürük ki, bu, kifayət qədər məlumatlandırmama, yanlış məsləhətlərin verilməsi səbəbindən baş verə bilər. Bununla əlaqədar yeni ana olmuş qadınlarla ünsiyyətdə olan tibb işçilərinin təkrar məlumatlandırılmasına ehtiyac var".

E.Karvardin qeyd edib ki, dövlətin bu məsələ ilə bağlı konkret təlimatı və tələbləri var: "Bu tələblər birmənalı şəkildə yerinə yetirilməlidir. Yəni xəstəxanalarda yenidoğulan uşaqlara süni uşaq qidalarının verilməsinə ümumiyyətlə yol verilməməlidir. Bu, Azərbaycan dövlətinin təlimatlarında da nəzərdə tutulub".

UNICEF rəsmisi əlavə edib ki, həyatının ilk dövründə körpənin ana südü ilə qidalanması onun sağlamlığına birbaşa təsir edir. Ananın orqanizmindəki antitellər körpəyə ötürülür və onun immunitetini gücləndirir:

"Bu, körpənin həm fiziki inkişafına, həm də beyninin inkişafına çox müsbət təsir edir və yalnız ana südü ilə qidalanma gələcəkdə uşağın sağlam böyüməsi üçün əhəmiyyətlidir. Düşünürük ki, bu sahədə tələblər daha sərt və dəqiq yerinə yetirilməlidir".

 

Qeyd edək ki, 2017-ci ildə (2018-ci il üzrə göstəricilər hələ açıqlanmayıb) ümumilikdə 3 aya qədər uşaqların 89,7 min nəfəri ana südü ilə qidalanıb. 2005-ci ildə belə körpələrin sayı 95,2 min nəfər olub.

2017-ci ildə 6 aya qədər körpələrin 69,7 min nəfəri (2016-cı ildə 73,9 min nəfər) ana südü ilə qidalanıb ki, onların da 41,3 mininə (2016-cı ildə 41,5 min) yalnız ana südü verilib.

Azərbaycandakı körpələrin 55,4 mini 12 aya, 16,8 mini 1,5 yaşa, 7,8 mini isə 2 yaşına qədər ana südü ilə qidalanıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR