"Azərbaycan buna qarşı müvafiq addımlar atacaq"

18:43 16-11-2022 | icon 427 | Müharibə
"Azərbaycan buna qarşı müvafiq addımlar atacaq"

Şair Ramaldanov: “Bu onu göstərir ki, Qarabağda xoşagəlməz proseslər istiqamətində addımlar atılır” 

 

Xəbər verildiyi kimi Qarabağda, rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Xocavənd rayonunda “Armat” adlanan, ikinci, ümumilikdə isə sayca 24-cü olan “ARMAT IN THE AIR” PUA emalatxanası açılıb.  Erməni mediası xəbər verir ki, layihə özünü Xocavəndlə qardaşlaşmış şəhər elan edən, Fransanın paytaxt Parisdən 17 km aralıda yerləşən Sarsel şəhər bələdiyyəsi və erməni donorlar tərəfindən maliyyələşdirilir. Bu barədə qondarma, separatçı qurumun “dövlət nazirinin müşaviri” Artak Beqlaryan teleqramında yazıb.

 

Bu gün rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində erməni separatçılarının pilotsuz uçuş aparatları hazırlaması qeyri-qanuni olmaqla yanaşı bölgəyə nə vəd edir? Erməni separatçıları ərazilərimizi tərk etmək əvəzinə orda pilotsuz uçuş aparatları hazırlamaqla nəyə nail olmağa çalışırlar və buna qarşı hansı addımlar atılmalıdır?

 

Versus.az xəbər verir ki, hərbi ekspert Şair Ramaldanov açıqlamasında bildirib ki, Fransanın Ermənistanın işğalçı siyasətini dəstəkləməsi və Cənubi Qafqazda sönmüş ocaqarın alovlanmasında hansı fəaliyyət göstərdiyi bizə yaxşı məlumdur.

 

Onun sözlərinə görə, Fransa ATƏT-in Minsk Qrupunun üzvü kimi də həmişə ermənipərəstliyi ilə seçilib və bü gün də apardığı siyasətlə Azərbaycanın haqlı mövqeyinə qarşı çıxır. Ekspert bildirib ki, Fransa bu gün də Cənubi Qafqazda sülhün bərqərar olmasına, sülh prosesinin inkişafına maniə olan tərəf kimi çıxış edir:

 

“Bəzən deyilir ki, Fransa güclü erməni diasporunun təsiri altında hərəkət edir. Ancaq zaman göstərir ki, bu, Fransanın diasporalar adından istifadə edərək Cənubi Qafqazda öz maraqları uğrunda apardığı çirkin siyasi əməllərdir. Təəccüblü deyil ki, Fransa özü Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, ərazi bütövlüyümüz tam bərpa ediləndən sonra sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə belə emalatxanalar açır. Bu, yolverilməz olsa da, təəccüblü görünmür.  Ona görə ki, məsələyə Rusiya sülhməramlıları da müəyyən laqeyd yanaşırlar. O qrupların, tərəflərin Fransanın şəhər bələdiyyəsi ilə belə bir işlər görməsi onu göstərir ki, Qarabağda xoşagəlməz proseslər istiqamətində addımlar atılır”.

 

Ş.Ramaldanov hesab edir ki, bu emalatxanaların tikilmədi daha çox daxili auditoriyaya, yəni həm Ermənistanda, həm də Qarabağda yaşayan Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərə yönəlmiş bir məlumatdır.  Ekspert hesab edir ki, belə emalatxanaların sırf hərbi cəhətdən Azərbaycanın öz ərazi bütövlüyü uğrinda apardığı siyasətə probem yarada bilməz:

 

“Ona görə ki, nə Ermənistanda, nə də Qarabağdakı separatçılar olan ərazilərdə tikilən o emalatxanaların elə bir hərbi stehsal gücü yoxdur. O emalatxanalar kiçik həcimli puların yığılmasına yönəlib. Çünki bu günkü puaların qarşısına çox ciddi texnologiya tələbləri qoyulub. Həmin emalatxanalrın o tələblrə cavab verəcəyini düşünmürəm”.

 

Ş.Ranaldanov hesab edir ki, bu, daha çox siyasi addımdır. O, hesab edir ki, hər halda Azərbaycan tərəfi buna qarşı müvafiq addımlar atacaqlar:

 

“Pilotsuz aparatların çeşidi çox genişdir. Hazırda bütün şadlıq saraylarında video şəkmək üçün də o aparatlardan istifadə olunur. Bu baxımdan da hesab etmirəm ki, belə emalatxanalar hərbi sahədə hansısa ciddi nəticələrə gətirəcək.

Digər tərəfdən Azərbaycan silahlı qüvvələrinin Ali Baş Komandanı, cənab prezident İlham Əliyev Fransanın bu fəaliyyəti və eləcə də Qarabağla bağlı mövqeyimizi bütün kürsülərdən  təqdim edib. Azərbaycanın bu təqdimatı bir daha göstərir ki, dövlətimiz öz maraqlarına zidd olan hər bir fəaliyyətə, hər bir təzyiqə cavab verəcək bir dövlətdir. Azərbaycanın belə təxribatların qarşısını almaq  üçün siyasi iradəsi, gücü, xalq birliyi, güclü ordusu var. Azərbaycan dövəti Qarabağda gedən bütün prosesləri nəzarət altında saxlayır, mütəmadi lazımı addımlar atır”. (hafta.az)

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT