Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

10:00 21-11-2022 | icon 476 | Sağlamlıq
Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Nərminə Abbasova: “Bu əlamətlərdən biri varsa, mütləq həkimə müraciət edilməlidir

 

Qaraciyər bədəndə olan ən böyük parenximatoz üzvdür və cüt olmayan ən iri ölçülü orqandır. Onun orta çəkisi 1,5 kiloqramdır. Hesablamalara görə, qaraciyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar icra edir. Ona görə də qaraciyərin işində baş verən istənilən pozğunluq dərhal bütün orqanizmə mənfi təsir edir.

 

Mövzuyla bağlı Versus.Az-a ailə həkimi, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA danışıb.

 

Nərminə Abbasova bildirib ki, Qaraciyərin fəaliyyətinin pozulması bir çox hallarda ciddi problemlərə səbəb ola bilər:

 

 

 

“Qaraciyər çox yüksək dərəcədə davamlılığa və zədələndikdən sonra bərpa olunma xüsusiyyətinə malikdir. Orqanizmdə olan heç bir digər orqan, qaraciyər kimi regenerasiya edərək öz hüceyrələrini bərpa etmək xüsusiyyətinə malik deyil. Bu orqanın 3/4 hissəsini xaric etdikdən sonra belə, bir neçə həftə ərzində özünü tam həcmdə və formada bərpa etmək xüsusiyyətinə malikdir. Ancaq bu heyrətamiz xüsusiyyətinə baxmayaraq, zərərli faktorların daimi təsiri nəticəsində özünübərpa funksiyasının öhdəsindən gələ bilmir. Bu halda qaraciyərin müxtəlif xəstəlikləri inkişaf etmiş olur. O xəstəliklər arasında ən çox yayılanları hepatitlər, qaraciyər piylənməsi, serrozu və xərçəngidir.

 

Qaraciyər xərçənginin son illər bütün dünyada artmaqda olduğunu vurğulayan həkim-terapevt bu xəstəliyin risk faktorları və əlamətlərindən də danışdı. Terapevt qeyd etdi ki, qaraciyər xərçənginə yaşlılarda cavanlara nisbətən, kişilərdə isə qadınlara nisbətən daha çox rastlanır:

 

“Xəstəliyin əlamətləri arasında səbəbsiz arıqlamaq, iştahasızlıq, çox az yeməkdən sonra belə, toxluq və şişkinlik hissi ilk yerlərdədir. Özünü xəstə kimi hiss etmək, qarında narahatlıq və ya ağrı, səbəbsiz bel ağrısı və qan azlığı, şişkin bir qarın, dərinin saralması, qaşınma, xroniki Hepatiti və ya sirrozu olan xəstənin birdən-birə pisləşməsi, yüksək qızdırma və tərləmə də qaraciyər xərçənginin əlamətləri sırasındadır. Bu əlamətlərdən hər hansı biri varsa, həmin şəxs mütləq həkimə müraciət etməlidir. Ancaq bir şeyi unutmaq olmaz ki, xəstəlik bəzən əlamətsiz də başlaya bilər. Ona görə də qaraciyərlə bağlı hər hansı xəstəliyiniz varsa, 6 aydan bir müayinə olunmağınız məsləhətdir. Bu, xüsusi ilə ailəsində qaraciyər xərçəngi olan Hepatit B daşıyıcılarına aiddir".


 
Nərminə xanım xəstəliyin risk faktorlarını belə təsnifatlandırıb:
 
Qaraciyər serrozu (böyüklərdə ən çox hepatit B və C ilə əlaqəli, uşaqlarda hemaxromatozla əlaqəli); 
Anabolik streaoidlərin qəbulu; 
Ailəsində qaraciyər xərçəngi olanlar;
Aktiv qaraciyər xəstəliyi (məsələn yüksək HBV-DNT); 
Əlavə olaraq piylənmə, diabet, aflatoksin, androgen, oral kontraseptivlər, alkoqol və siqaret də riski artıran faktorlardır.

 


 

Qaraciyəri lal orqan adlandıdırırlar. Bunun səbəbi qaraciyərdə sinir ucların olmaması və bu səbəbdən ağrımamasıdır. Bəzən qaraciyərdə hətta ciddi dəyişikliklər olduqda insan bu nahiyədə heç bir ağrı hiss etmir. Bu səbəbdən qaraciyər xəstəliklərinin ilk gizli simptomlarını bilmək vacibdir ki, insan vaxtında həkimə müraciət edə bilsin”.

 

Qaraciyər xəstəliklərinə işarə edə bəzi gizli simptomları təqdim edirik:

 

  1. Qida qəbulundan, xüsusilə yağlı qidaların qəbulundan sonra həzmsizlik simptomları - köp, qarında ağırlıq hissi, bəzən ishal.
  2. Oynaq və əzələlərdə səbəbsiz ağrılar.
  3. Səbəbsiz yorğunluq.
  4. Dəridə qaşınma, səpgilərin əmələ gəlməsi, dərinin rənginin pisləşməsi.
  5. İştahanın azalması, arıqlama.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova Qaraciyər xəstəliyindən əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

1-ci Qarabağ müharibəsinin şəhidi Lerikdə dəfn edildi

Xəbərdarlıq RƏNGLƏRİ