Amerikalı tədqiqatçılar Ağalıda

13:38 21-11-2022 | icon 417 | Qarabağ
Amerikalı tədqiqatçılar Ağalıda

“Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer və Hudzon İnstitutunun böyük elmi işçisi Maykl Doran Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.

 

Versus.Az xəbər verir ki, bu səfərin məqsədi kənddə yaradılan şəraitlə tanış olmaqdır.

 

Səfər çərçivəsində qonaqlar “Azərpoçt” MMC-nin filiallarında və “ASAN xidmət”də olublar. Şaffer və Doran birinci sinifdə açıq dərsdə iştirak etdikləri Ağalı kənd tam orta məktəbinin fəaliyyəti ilə də maraqlanıblar. Onlar məktəblilərə “Xarıbülbül nağılı” kitabını hədiyyə ediblər.

 

Onlar həmçinin Ağalı kəndində sakinlərin qonağı olublar, onların gündəlik həyatı ilə tanış olublar.

 

Görüş zamanı B.Şaffer Ermənistanın işğalı nəticəsində yurd-yuvalarından didərgin düşmüş vətəndaşların doğma evlərinə qayıtmasının vacibliyini bildirib.

 

“Erməni işğalından azad edilmiş şəhərin necə bərpa olunduğunun şahidi oluruq. Zəngilan strateji əhəmiyyət kəsb edir”, - B.Şaffer vurğulayıb.

 

O, həmçinin Zəngəzur dəhlizinin açılması ilə Zəngilanın əhəmiyyətinin daha da artacağını və bunun şəhərin inkişaf və ticarət mərkəzinə çevrilməsinə imkan verəcəyini söyləyib.

 

Xatırladaq ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Ağalı kəndi Zəngilanın keçmiş sakinlərinin, yaxın vaxtlara qədər məcburi köçkün hesab edilənlərin qayıtdıqları ilk yaşayış məntəqəsidir. /report/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

1-ci Qarabağ müharibəsinin şəhidi Lerikdə dəfn edildi

Xəbərdarlıq RƏNGLƏRİ

Türkiyə-Azərbaycan biznes forumu BAŞLAYIB

Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib