Hafiz Hacıyevdən Rasim Balayevi hədəfə alanlara SƏRT MESAJ

19:00 09-08-2023 | icon 862 | Siyasət
Hafiz Hacıyevdən Rasim Balayevi hədəfə alanlara SƏRT MESAJ

"Sizi siyasi oyunlara çəkmək istəyənlərə önəm verməməyinizi istəyirəm"

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib. Görüş zamanı Xalq artisti ölkə başçısına minnətdarlığını ifadə edib. Onun bu mədəni davranışı sosial şəbəkələrdə dedi-qoduçuların hədəfinə tuş gəlib.

 
 
Versus.Az xəbər verir ki, şəxsi "facebook" hesabında Rasim Balayevi “İstiqlal” ordeninə layiq görülməsi münasibətilə təbrik edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Xalq artistinin adını öz çirkin oyunlarında hallandıranlara qarşı sərt çıxış edib. 
 
 
Partiya sədri təbrikdə deyir:
 
 
"Hörmətli sənətkarımız, korifeyimiz Rasim müəllim, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm!
 
Hörmətli prezidentimiz sizə layiq olduğunuz mükafatı verərkən söylədiyi bütün təbriklərə qoşuluram. Siz həyatda bundan da yüksək ada və şərəfə layiqsiniz. Sizə həyatda uzun ömür və cansağlığı arzu edirəm. Bundan sonra da sizi təxribatçılara, Vətənini sevməyənlərə, sizi siyasi oyunlara çəkmək istəyənlərə və dünəndən bu günə yazılan yersiz fikirlərə önəm verməməyinizi istəyirəm. Siz bizim qəlbimizdə Babək və Nəsimi obrazını yaradan dəyərli sənətkarımızsınız".
 
 
Dörd dəfə prezidentliyə namizəd olan MMP sədri Hafiz Hacıyev bu təbriki ilə Rasim Balayevi hədəfə almaq istəyən təxribatçılara da mesaj etmiş oldu.
 
 
Qeyd edək ki, bəzi radikal qüvvələr hər zaman Rasim Balayev kimi sənətkarları öz cərgələrinə qatmağa çalışıblar. Kimlər ki, onların vədlərinə aldanaraq onlara qoşulub, zamanla peşimançılıqlarını büruzə veriblər. Heç şübhəsiz ki, zamanında Rasim Balayevə də bu cür təkliflə müraciət ediblər, lakin Xalq artisti dövlətinə və onun atributu sayılan Prezidentə xəyanət yolunu seçməyib. Məhz buna görədir ki, bu gün həmin o təxribatçılar belə bir gündə Xalq artistini gösdən salmaq üçün çıxışlar edirlər. Hafiz Hacıyev də onlara mesaj etmiş oldu ki, artıq xalqın gözü tərəzidir və yaxşını pisdən ayıra bilir.
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA