Kosmik işlərdə inqilabi YENİLİK

09:04 01-12-2022 | icon 405 | Maraqlı
Kosmik işlərdə inqilabi YENİLİK

Beynəlxalq Kosmik Stansiyada sınaqlar çərçivəsində 3D printerdə detal çap edilib.

 

Versus.Az xəbər verir ki, bu barədə “Roskosmos”un rəsmi “Telegram” kanalında məlumat verilib.

 

Bildirilir ki, kosmosda istifadə üçün xüsusi olaraq hazırlanan cihaz stansiyaya çatdırıldıqdan sonra 3D çap texnologiyası çəkisizlik şəraitində testdən keçirilib. Rusiyalı kosmonavt Sergey Prokopyev filamentin (ərimiş polimer ip) qat-qat qoyulması üsulundan istifadə edərək nümunə detalı çap edib.

 

 

Hesab olunur ki, bu üsul gələcəkdə kosmik gəmilər üçün lazım olan elementləri və konstruksiyaları kosmosda çap etməyə imkan verəcək.

 

“Məsələn, Ay ekspedisiyalarında kosmonavtlar artıq lazımi komponentlərin və konstruksiyaların Yerdən gəmilərə çatdırılmasından asılı olmayacaq, onları birbaşa kosmosda çap edə biləcəklər”, - deyə məlumatda vurğulanıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ