Peyklərə raket TƏHDİDİ

09:11 01-12-2022 | icon 419 | Maraqlı
Peyklərə raket TƏHDİDİ

Ukrayna müharibəsinin davam etdiyi bir zamanda Rusiya hakimiyyətinin kosmosda peykləri vurmaqla bağlı hədələri reallaşarsa, gündəlik həyat iflic ola bilər.

 

Hava, quru və dəniz nəqliyyatından tutmuş bank və maliyyə sistemlərinə, rabitə vasitələrindən televiziya yayımlarına qədər bir çox sahədə aktiv şəkildə peyklərdən istifadə olunur.

 

Bir çox sahələrdə fəaliyyət kosmosa əsaslanan texnologiyalardan asılıdır. Həmçinin qlobal maliyyə bazarları, bankçılıq sistemi, hava proqnozları və hətta hərbi əməliyyatlarda da peyk texnologiyalarına ehtiyac duyulur.

 

Lakin Ukrayna müharibəsinin davam etdiyi müddətdə Rusiya hakimiyyətinin kosmosda peykləri vurmaqla bağlı hədələri narahatlıq doğurur.

 

Daha əvvəllər Rusiya, Çin və Hindistan öz peyklərini vurmuş olsalar da, indiyədək heç bir ölkə düşmən peykinə raket hücumu həyata keçirməyib.

 

Missisipi Universitetinin Kosmos hüququ proqramının direktoru Maykl Hanlon bildirib ki, Rusiyadan gələn bu təhlükə bu məsələ üzərində ciddi düşünməyə vadar edir. “Hər zaman bunun baş verə biləcəyinə dair bir hiss var idi, lakin heç kim yüksək səslə bunu həqiqətən edə biləcəyini söyləməmişdi”, - deyə Hanlon qeyd edib.

 

Ukrayna və Rusiya arasındakı müharibədə Ukrayna ordusu genişzolaqlı internet xidmətini İlon Maskın “SpaceX” şirkətinin “Starlink” peyk şəbəkəsindən əldə edir. “Maxar” kimi mülki şirkətlər peyklər sayəsində müharibənin anlıq görüntülərini paylaşırlar. Ukraynada on minlərlə rabitə cihazı isə ABŞ-ın peyk rabitə nəhəngi “Iridium”un peyk şəbəkəsinə arxalanır.

 

“Hər hansı bir səbəbdən kosmosda hər hansı bir obyektin vurulmasından danışmaq həqiqətən məsuliyyətsizlikdir. Əgər kimsə kosmosda peyklərə zərbə endirməyə başlayarsa, düşünürəm ki, bu tez bir zamanda kosmosun yararsız hala düşməsi ilə nəticələnəcək”, - deyə “Iridium”un CEO-su (icraçı direktoru) Matt Desç açıqlamasında qeyd edib.

 

Bəs Rusiya kosmosdakı peykləri vura bilərmi? Rusiyanın 1972-ci ildə imzaladığı “Beynəlxalq Məsuliyyət haqqında Konvensiya”ya görə, kosmosda hər hansı obyektə dəyən ziyana görə kompensasiya ödənilməlidir. Missisipi Universitetindən Mişel Hanlonun sözlərinə görə, Rusiya ABŞ-nin kosmik obyektini vurarsa, ABŞ-nin cavab haqqı doğar. /Haber Global/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ