5 000 il əvvəl uşaqlar hansı oyuncaqlarla oynayırdılar

07:30 05-12-2022 | icon 334 | Maraqlı
5 000 il əvvəl uşaqlar hansı oyuncaqlarla oynayırdılar

Pireney yarımadasında qədim uşaq oyuncaqları olduqları düşünülən bayquş şəklində lövhələr tapılıb.

 

Ümumilikdə alimlər məzar və çuxurlarda 4 000-ə yaxın lövhə aşkarlayıblar. Artefaktların təxminən 5 000 il yaşı var.

 

Tədqiqat “Scientific Reports” jurnalında dərc olunub.

 

Əvvəllər arxeoloqlar lövhələrin rituallarda istifadə edildiyini və tanrıları, yaxud ölüləri təmsil etdiyini fikirləşirdilər. Hazırda isə başqa versiya nəzərdən keçirilir: tapıntılar kukla, oyuncaq və ya amulet kimi istifadə oluna bilərdi.

 

 

Çox güman ki, onlar uşaqların özləri tərəfindən hazırlanıb. Elm adamları 100 lövhəni 4-13 yaş arası müasir uşaqların yüzlərlə bayquş rəsmləri ilə müqayisə edərək bu qənaətə gəliblər. Bayquş təsvirləri arasında çoxlu oxşarlıqlar tapılib.

 

 

Bir çox lövhənin yuxarı hissəsində iki dəlik olub. Bunların qaytan üçün istifadə edilmədiyi hesab olunur - onlar çox kiçikdir və heç bir aşınma əlamətləri müşahidə edilməyib. Alimlər onların içərisinə əsl bayquş lələklərinin daxil edildiyini düşünürlər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ