“Toy Tələsi”nin Qala gecəsi keçiriləcək

17:28 05-12-2022 | icon 713 | Şou-biznes
“Toy Tələsi”nin Qala gecəsi keçiriləcək

“Toy Tələsi” bədii filminin traileri yayımlanıb.

 

Versus.Az xəbər verir ki, komediya janrında olan “Toy Tələsi bədii filminin quruluşçu rejissoru və layihə rəhbəri tanınmış kinorejissor Faiq Nağıyevdir.

 

O, bildirib ki, müasir dünyamızda baş verən real hadisələr əsasında qələmə alınan filmin böyük maraq doğuracağına və seviləcəyinə əmindir.

 

Ssenari müəllifi Yeganə Kərimzadəprodüsseri Gülnarə Məmmədova, rejissoru Xəyalə Meydanova, bəstəkarı Sevinc Tofiqqızı, musiqilərinin  aranjmançısı Fərahim Sadıqbəyli olan Toy tələsi”nin montaj prosesi artıq başa çatıb. Traileri hazırlanaraq, sosial şəbəkələrdə yayımlanıb.

 

Lisenziya alınması üçün film artıq Mədəniyyət Nazirliyinə təqdim olunub.

 

Qeyd edək ki, film saxta toy üzərində qurulub. “Gözəl səhnə çəkilişləri varAzərbaycanın məşhur müğənniləri – Dana, Səlim, İzzət Bağırov və digərləri də toya gələrək öz ifaları ilə filmdə yer alıblar”.

 

Faiq Nağıyev onu da qeyd edib ki, bu ekran əsərində, əsasən kinorejissorların hansı əziyyətlə film istehsal etdikləri, eləcə də, iş adamlarının kino sahəsinə laqeyid yanaşması da öz əksini tapıb.

 

Filmin əsas süjet xəttinin qəhrəmanı olan Fateh sahibkardır. Onun qəbuluna gələn rejissora laqeyid yanaşan bu şəxs özü də bilmədən ailəsindən gizlin eşq yaşadığı Dənizin oyununa gəlir. Bu vəziyyətdən çıxmaq, saxta bəy rolunu oynamaq üçün aktyor axtarışı da ssenaridə yer alıb.

 

Maraqlı və həyəcanlı anların olduğu “Toy tələsi”ndə gülüş doğuran, insanları həm düşündürən, həm də pis əməllərdən daşındıran məqamlar da var.

 

Tammetrajli, 90 dəqiqəlik “TOY TƏLƏSİ” bədii filminin dekabrın 22-də “Nizami” kinoteatrında Qala gecəsi keçiriləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Türk dünyasının deputatları Xankəndidə

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri