Rusiya MN-dən AÇIQLAMA

14:04 13-12-2022 | icon 904 | Müharibə
Rusiya MN-dən AÇIQLAMA

Qarabağdakı separatçıların ümidləri puç oldu

 

Rusiya Müdafiə Nazirliyinin 12.12.2022-ci il saat 19:00 tarixli bülletenində yer alan informasiya Qarabağdakı erməni separatçıları qəzəbləndirib.

 

Belə ki, Rusiya MN-in Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlıların fəaliyyətinə dair gündəlik yayımladığı açıqlama separatçıların gözləntilərini doğrultmayıb.

 

Ermənilər Şuşa-Xankəndi yolunda baş verən hadisələrə Rusiya MN-dən özlərinə sərf edən reaksiya gözləsələr də, sülhməramlı missiyanın fəaliyyətinə dair açıqlamada bununla bağlı heç bir xatırlatmaya yer verilməyib. Bu isə sosial şəbəkənin erməni seqmentində rezonans doğurub. Erməni istifadəçilər Rusiyanı onları “satmaq”da ittiham ediblər.

 

Görünür, Azərbaycan vətəndaşlarının öz ölkələrinin ərazisində istənilən aksiyanı keçirməkdə tam sərbəst olması həqiqətini separatçılar öz riyakar xislətləri səbəbilə dərk edə bilməsələr də, Rusiya MN ən azından bu ali həqiqəti anlamaqda çətinlik çəkməyib.

 

Ancaq Rusiya MN hətta erməniləri qəzəbləndirdiyi açıqlamasında belə Azərbaycan ərazilərinin adlarını təhrif etmək “vərdiş”indən əl çəkməyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Mədəkiçiltmə erasının sonu gəlir

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA