Pəhrizsiz, idmansız arıqlamağın yolu

11:15 28-12-2022 | icon 534 | Maraqlı
Pəhrizsiz, idmansız arıqlamağın yolu

Yeməyi yavaş-yavaş yemək arıqlamağa kömək edir.

 

Bu barədə Meksikanın Xuares-del-Estado-de-Duranqo Universitetinin alimləri “Pediatric Obesit” jurnalında məqalə dərc ediblər.

 

Elm adamları bunu sınamaq üçün 54 könüllü üzərində təcrübə keçiblər.

 

Təcrübədə iştirak edənləri iki qrupa bölüblər. Birinci qrupun üzvləri hər tikəni 30 saniyə çeynəyiblər, ikinci qrupdakılar isə normal sürətlə yemək yeyiblər. Təcrübə bir il davam edib.  Bu müddət ərzində subyektlər idman etməyiblər və xüsusi pəhrizlər saxlamayıblar.

 

Altı aylıq tədqiqatdan sonra birinci qrupdakı iştirakçıların təxminən iki kiloqrama yaxın arıqladıqları (il ərzində çəkilərinin 3-5%-i) görünüb, ikinci qrupdan olan könüllülər isə üç kiloqramdan çox (il ərzində ilkin çəkilərinin 7-8%-ə qədər) kökəliblər.

 

“Yavaş yemək effektivdir, çünki beyinə mədənin tox olduğunu anlamaq üçün daha çox vaxt verir. Yeməyi çox tez yeyəndə beyin insanın tox olduğunu başa düşməyə vaxt tapmır və aclıq hissi yox olmur. Bu da insanın yemək həddini aşmasına gətirir”, - deyə alimlər qeyd ediblər.

 

Tədqiqatçılar, həmçinin daha nəzərəçarpan nəticə əldə etmək üçün yeməkdən əvvəl bir stəkan su içməyi və yeməklər arasında qəlyanaltıdan çəkinməyi tövsiyə ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...