“Romeo və Cülyetta”nın ulduzları

09:21 05-01-2023 | icon 942 | Film
“Romeo və Cülyetta”nın ulduzları

“Romeo və Cülyetta” (1968) filminin ulduzu Leonard Uaytinq və Oliviya Hussi distribütor “Paramount Pitcures”ə qarşı 100 milyon dollarlıq iddia qaldırıb. Aktyorlar korporasiyanı cinsi qısnama və cinsi istismar, fırıldaqçılıq, səhlənkarlıq, ədalətsiz biznes təcrübələri, qəsdən mənəvi zərər vurma, ad və imic mənimsəmədə ittiham edirlər.

 

İddiaçılar qeyd edirlər ki, Uaytinqin çəkiliş zamanı 16, Hassinin 15 yaşı olub. Rejissor Franko Zeffirelli söz verib ki, onları çılpaq çəkməyəcək və bütün seks səhnələrində yeniyetmələr ət rəngli alt paltarı geyinəcəklər. Lakin sevgi səhnəsinin çəkildiyi gün Zeffirelli aktyorlara çılpaq çəkilməli olduqlarını, əks halda filmin kassada uğursuz olacağını bildirib. O, Hassi və Uaytinqə kameraların yerini göstərib və filmdə tam çılpaq kadrların olmayacağına söz verib.

 

 

“Müttəhimlər iddiaçıları aldadıblar, Kaliforniya ştatının və federal qanunları pozaraq yetkinlik yaşına çatmayan uşaqların səhnələrini onların xəbəri olmadan çılpaq və ya qismən çılpaq gizli şəkildə lentə alıblar”, - deyə iddiada vurğulanıb.

 

Uaytinq və Hassi başqa seçimlərinin olmadığını düşündükləri üçün belə şərtlərlə razılaşdıqlarını deyiblər. Aktyorlar açıq-saçıq səhnələrə görə sonradan ciddi mənəvi sıxıntı keçiriblər və iş tapmaq imkanlarını itiriblər.

 

 

Hassi və Uaytinqin sözlərinə görə, filmlə bağlı tək qərar verən şəxs və “Paramount”un səlahiyyətli agenti Zeffirelli olub. Rejissor özü 2019-cu ildə dünyasını dəyişib.

 

“Paramount” aktyorların iddiası ilə bağlı sualları cavablandırmayıb.

 

Qeyd edək ki, film kassada 500 milyon dollardan çox gəlir əldə edib. “Romeo və Culyetta” iki “Oskar” (ən yaxşı kinematoqrafiya və geyim dizaynına görə) və üç “Qızıl Qlobus” (Hassi və Uaytinq kişi və qadın rollarında ən perspektivli debütlərə görə, həmçinin “ən yaxşı ingilisdilli film” nominasiyası üzrə) alıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ