Azərbaycanın NATO-dakı nümayəndəliyindən AÇIQLAMA

12:41 09-01-2023 | icon 491 | Qarabağ
Azərbaycanın NATO-dakı nümayəndəliyindən AÇIQLAMA

“Ermənilər Laçın yolunda qanunsuz fəaliyyətini davam etdirə bilmirlər”

 

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi İrəvanı Laçın yolu ətrafındakı vəziyyətlə bağlı yalan xəbərlər yaymaqda ittiham edib.

 

Nümayəndəlik hesab edir ki, ermənilərin xüsusən mətbuat üzərindən həyata keçirdiyi təbliğat onların Laçın yolundan qeyri-qanuni fəaliyyətlər üçün istifadə imkanlarından məhrum olması ilə əlaqədardır:

 

“Ermənistan reallığı təhrif etmək üçün çoxlu yalan xəbərlər yayır. Ermənistanın niyə bu qədər çarəsiz vəziyyətə düşdüyünü anlamaq olar, çünki onlar artıq özlərinin qeyri-qanuni fəaliyyətlərini davam etdirə bilmirlər. Laçın yolu artıq qanunsuz fəaliyyət üçün əlçatan deyil”.

 

Ölkəmizin NATO-dakı nümayəndəliyinin yaydığı bəyanatda qeyd olunur ki, Laçın yolu Azərbaycanın suveren ərazisidir və o, 10 noyabr tarixli Üçtərəfli Bəyanatın altıncı bəndinə uyğun olaraq yalnız humanitar məqsədlər üçün istifadə edilə bilər.

 

Həmçinin vurğulanır ki, Azərbaycan öz üzərinə düşən tələbləri yerinə yetirərək, iki ildən az müddətdə yeni yolu da istifadəyə verib:

 

“Azərbaycan üzərinə düşən bütün öhdəlikləri vicdanla yerinə yetirib. Ermənistan isə ilk günlərdən başlayaraq Laçın yolundan qanunsuz fəaliyyət üçün istifadə edir. Ermənistan həmçinin Üçtərəfli Bəyanatın 9-cu bəndini kobud şəkildə pozaraq regionda bütün nəqliyyat kommunikasiyalarını açmaqdan boyun qaçırır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Əmirbəyovdan “Zeit”ə AÇIQLAMA

DİM-in yeni korpusu təqdim olundu