Türkiyədə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

14:24 23-01-2023 | icon 568 | Təhsil
Türkiyədə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

“Türkiyə bursları” təqaüd proqramına müraciətlər davam edir. 

 

Versus.Az xəbər verir ki, bu barədə Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlçuk Karakılıç məlumat verib.

 

Onun sözlərinə görə, Türkiyədə təhsil almaq istəyənlər 20 fevral tarixinədək “Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı” internet saytı (https://tbbs.turkiyeburslari.gov.tr) vasitəsi ilə müraciət edə bilərlər. Bunun üçün əvvəlcə https://www.turkiyeburslari.gov.tr/5adimdabasvuru

səhifəsinə baxıb, tələb olunan sənədləri toplamaq lazımdır.

 

“Türkiyə bursları” təqaüd proqramı dünyanın hər yerindən gələn tələbələrə Türkiyənin ən nüfuzlu universitetlərində təqaüdlə təhsil almaq imkanı təqdim edir.

 

“Türkiyə Bursları universitet, ixtisas seçimi, yerləşdirmə, aylıq təqaüdlər, universitet ödənişləri, sağlamlıq sığortası, yataqxana, yaşayış, peşə və akademiya proqramları və gediş-gəliş uçuş biletləri tamamilə pulsuz olan dünyanın ən əhatəli təqaüd proqramıdır” – deyə, Səlçuk Karakılıç bildirib.

 

“Türkiyə Bursları” təqaüd proqramı üçün müraciətlər bir semestrdə qəbul ediləcək və müraciətlər – 20 Fevral tarixinədək hər ölkədən olan tələbələri əhatə edəcək.

 

Türkiyə universitetlərində tədris türk dilində olsa da, bununla belə, bəzi universitetlər ingilis və digər dillərdə tədris təklif edirlər. Bu cür proqramlarda təhsil almaq istəyən namizədlərin beynəlxalq səviyyədə tanınmış dil bilikləri sertifikatı olmalıdır. Namizədlər ərizə sistemində proqramları seçərkən tədris dilinə nəzər yetirə bilərlər.

 

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Türkiyə Təqaüdləri Müraciət Sistemi (TBBS) vasitəsilə onlayn edilən müraciətlər üçün bütün namizədlərdən aşağıdakı sənədləri sistemə yükləmələri tələb olunur:

 

  • Keçərli şəxsiyyət sənədi, şəxsiyyət vəsiqəsi və ya pasport
  • Namizədin son 1 il ərzində çəkilmiş fotoşəkili
  • Milli imtahan nəticələri (varsa)
  • Diplom və ya müvəqqəti məzuniyyət sənədi
  • Akademik transkript
  • Seçilmiş universitet və ya proqram tərəfindən tələb olunarsa, beynəlxalq imtahan nəticələri (GRE, GMAT, SAT və s.).
  • Seçilmiş universitet və ya proqram tərəfindən tələb olunarsa, beynəlxalq dil imtahanı nəticələri TOEFL, DELF
  • Araşdırma mövzusu təklifinin və gördüyünüz işin yazılı nümunəsi (yalnız doktorantura müraciətləri üçün)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Mədəkiçiltmə erasının sonu gəlir

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA