MMP də imzatoplama kampaniyasını yekunlaşdırıb

01:40 03-03-2018 | icon 542 | Siyasət
MMP də imzatoplama kampaniyasını yekunlaşdırıb

Müasir Müsavat Partiyası Hafiz Hacıyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün seçici imzalarını toplama kampaniyasını başa çatdırıb.

MMP mətbuat xidmətindən versus.az-a verilən məlumata görə, partiya Hafiz Hacıyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün 64 dairə üzrə imzatoplama aksiyası keçirib. Partiyanın fəalları və yerli rayon təşkilatlarının nümayəndələri ölkə üzrə bütün ərazilərdə kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səy göstəriblər. Nəticə olaraq, martın 1-də imzatoplama kampaniyası yekunlaşıb, 45 mindən çox imza toplanıb. Seçki qərargahının üzvləri imza vərəqələrinin sonuncu dəfə nəzərdən keçirərək yoxlama işi aparıblar. Martın 2-də toplanmış imzalar sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
 
Qeyd edək ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri Hafiz Hacıyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR