Putin Ermənistanda həbs oluna bilər?

12:57 30-03-2023 | icon 385 | Geopolitika
Putin Ermənistanda həbs oluna bilər?

 

 

 “Ermənistan Beynəlxalq Haa Qa Məhkəməsini tanıyır, onun üzvüdür. İndi də guya Konstitusiya Məhkəmsi Beynəlxalq məhkəmənin qərarlarının Ermənistanda hüquqi qüvvəsi haqqında araşdırma apardı və bildirdi ki, o məhkəmənin qərarları Ermənistan üçün keçərlidir. Bu Rusiya üçün yaxşı bir dərsdir”.

 

 

Versus.az xəbər verir ki, Bunu politoloq Qabil Hüseynli Beynəlxalq Haa Qa Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin haqqında verdiyi həbs qərarı və Ermənistanın bu qərarla razılaşması və Ermənistanla Rusiya arasında sanki bir qarşıdurmanın yaranması ilə bağlı şərhində bildirib.

 

 

Q.Hüseynli bildirib ki, nədənsə ermənilər ruslara belə dərsləri verəndə ruslar xüsusi təyinatlılarını Ermənistan ərazisinə gətirib Azərbaycana qarşı mübarizənin müxtəlif metodlarını işləyib hazırlayır, hərbi qırıcılarını havaya qaldırıb guya ermənilərlə birlikdə hərbi təlimlər keçirilər.

 

Onun fikrincə, Paşinyan öz yolunu gedərək, Qərbyönümlü siyasət aparmaqda davam edir. O,  Rusiyaya bir -iki “kompliment” deməklə əsasən NATO, QƏRB, Avropa Birliyi yönümlü siyasətini həyata keçirdir. Bu zaman da ruslardan çəkinmədiyini ortaya qoyur.

 

“Paşinyan görür ki, Rusiya Ukrayna bataqlığında batmaqda davam edir. Rusiyada yaxın perspektivdə çox şeylər baş verə bilər. O da bəziləri kimi batan gəmini tərk edir. Açıq şəkildə söyləyir ki, Kollektiv Təhlükəsziliyi Müqaviləsi Təşkilatından çıxmaq istəyirlər. Ermənistan Rusiyadan uzaqlaşır və arxasınca da körpüləri yandıra-yandıra gedir. Rusiya isə Ermənistana “səni sevəcəyəm, sən sevməsən də” “serenadasını oxuyur”. Üstəlik Rusiyanın Ermənistanda hərbi hava bazası, Gümrüdəki 102-ci bazaları var. Ermənistanda olan bütün  sənaye müəssisələri borc müqabilində Rusiya sahibkarlarının adına özəlləşdirilib. Sərhəddi rus sərhədçiləri qoruyur. Yəni Rusiya öz mövqeyindən hər şeyi analiz edib qərarlar çıxarmağa meyillidir. Amma görünür ki, Ermənistan tamamam başqa ab-havadadır. Ermənistan Qərb dünyasını, başda ABŞ olmaqla bölgəyə dəvət edib. Avropanın mülki missiyası adı altında güc strukturları yavaş-yavaş Ermənistan ərazisində yerləşməkdədir. Ölkədəki hərbi bazalara “çıx!” əmrini verəcəkləri gün də uzaqda deyil. Artıq Gümrüdə hər gün ermənilər” “İvan çıx evinə get!” şüarı altında aksiyalar keçirir. Rusiya əvvəllər Nikolu təhdid edirdilərsə, artıq indi müəyyən dairələrlə danışıqlar aparırlar. Ermənistan silahlı qüvvələri ilə birgə hərbi təlimlər keçirirlər və .s”.

Politoloq hesab edir ki, Rusiyanın bu oyunları hər hansı bir rol oynamayacaq. Artıq Rusiyanın Ermnistanda fatihəsi verilib.

““Komplemintlər” öz yerində olsa da, gerçək praktiki hərəkətlər isə onu göstərir ki,  Ermənistan lazım olan sürətlə Rusiyadan uzaqlaşır”.

 

Politoloq məhz bu qarşıdurma ilə bölgəyə hər hansı təsirlərin olmasını real saymayıb. Onun fikrincə, ruslar bölgədən çıxıb getsələr bölgənin üzərinə günəş doğar. Bunlar harada olublarsa orada böyük təxribatar, qarşıdurmaların səbəbkarı olublar.

 

“Mənim ölkəm üçün Qarabağda erməni problemini onlar yaradıblar.  Bu gün də həmin problemi dondurulmuş şəkildə saxlamaqda maraqlıdırlar. Açıq şəkildə ifadə edirlər ki,  Qarabağ probleminin həllini gələcək nəsillərə saxlamaq lazımdır. Soruşuruq: sən kimsən bunu deyirsən. Sən get öz ərazində 160 milyan xalqın probıemləri ilə məşğul ol. Ukrayna cəbhəsindəki uğursizluqlardan sonra gör daxilində necə qarmaqarışıqlar, millətlərarası münaqişələr başlayacaq. Ona görə də Rusiya ilə mümkün qədər məsafə saxlamalıyıq. İndiyə qədər onu etmişik, bundan sonra da həmin məsafə qorunub saxlanmalıdır”.

Politoloq  hesab edir ki, Putin Ermənistana gedərsə ermənilərin onu həbs etməyə cürəti çatmasa da, hiyləsi çatar.

“Amma Putin Ermənistana getməyəcək. Əgər həbs etməyə cürətləri çatmazsa Putini nüfuzdan salmaq üçün kifayət qədər hərəkətlər edə bilərlər. Putinin orada nə işi var. Paşinyandan hər şeyi gözləmək olar. Sonuncu dəfə Putin Ermənistana gedənə ona qarşı aksiyalar keçirdilər. Putin Ermənistana səfəri üfiqdə görünmür. Üstəlik də bu riskə getməyəcək. Amma bölgədə bədxaqlıqlarını davam etdirir, xiristianpərəsliklərini həyata keçirirlər. Dağılan imperiyanın zərbələrinin bizə dəyməməsi üçün çox ölçülü-biçili siyasət həyata keçirməliyik”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ