Minlərlə sürücüsüz taksi işə başlayacaq

09:41 07-04-2023 | icon 272 | Maraqlı
Minlərlə sürücüsüz taksi işə başlayacaq

Dubay hakimiyyəti 2030-cu ilə qədər şəhərin ictimai nəqliyyat infrastrukturunun bir hissəsinə çevriləcək 4000 sürücüsüz taksini işə salmağı planlaşdırır.

 

Bu barədə Dubay Yollar və Nəqliyyat İdarəsindən məlumat yayılıb.

 

Məlumata görə, qurum şəhər mühitində ilk beş avtonom taksini sınaqdan keçirməyə başlamaq üçün sürücüsüz avtomobil istehsalçısı “Cruise” ilə əməkdaşlıq edir.

 

İdarədən bildirilib ki, sürücüsüz kommersiya nəqliyyat vasitələrinin tətbiqi tıxacları, yol qəzalarının sayını və zərərli tullantıları azaldacaq.

 

Layihə çərçivəsində “Cruise” şirkəti “Chevrolet Bolt” əsasında sürücüsüz avtomobillərin bir neçə prototipini hazırlayıb ki, onlar şəhərin rayonlarından birinin ətrafında hərəkət edərək yollarda nəqliyyatın hərəkəti və sürücülərin davranışı haqqında məlumat toplayacaqlar.

 

Qeyd edək ki, 2021-ci ilin noyabrında BƏƏ hökuməti sürücüsüz avtomobillərin ictimai yollarda sınaqdan keçirilməsinə icazə verib. Bununla da BƏƏ Yaxın Şərqdə bir ilkə imza atıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ