Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan rəsmi təklif aldı

10:58 05-05-2023 | icon 333 | İdman
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan rəsmi təklif aldı

PSJ-nin argentinalı hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubundan rəsmi təklif alıb.

 

Məlumata görə, bu, Messinin hazırda aldığı yeganə təklifdir.

 

Daha əvvəl “Əl-Hilal”ın argentinalıya ildə 400 milyon dollar ödəməyə hazır olduğu bildirilirdi.

 

Messinin karyerasını davam etdirməsi üçün başqa bir variant “Barselona”ya qayıtmaqdır. Deyilənlərə görə, “Barselona” argentinalı hücumçunu transfer etmək üçün üç futbolçusunu satacaq.

 

Məlumata görə, yarımmüdafiəçilər Serxio Buskets, Ferran Torres və Niko Qonzales klubu tərk edəcəklər.

 

Bundan əlavə, “Barsa” qapıçı Mark-Andre ter Ştegen, müdafiəçi Jordi Alba və yarımmüdafiəçi Frenki de Yonqla müqaviləni yenidən müzakirə edəcək.

 

Qeyd olunur ki, Kataloniya klubunda beş futbolçu toxunulmaz sayılır. Bunlar müdafiəçilər Ronald Arauxo və Jül Kunde, yarımmüdafiəçilər Qavi, Pedri və hücumçu Robert Levandovskidir.

 

Xatırladaq ki, Messinin Paris komandası ilə müqaviləsi 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ