Partiya sədri Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü

18:28 10-05-2023 | icon 392 | Siyasət
Partiya sədri Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü

"Onun müsahibəsi olan qəzetləri Azərbaycana gətirəndə məni hava limanında saxladılar"

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev şəxsi "facebook" hesabında Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

 
 
Versus.Az MMP sədrinin paylaşımını təqdim edir:
 
 
“Ulu öndər Heydər Əliyev Azərbaycanın bu günə gəlib çıxmağında, müstəqilliyinin möhkəmləndirilməsində, daimi olmasında çox böyük işlər olub. Bu gün sevindirici haldır ki, müstəqillyimizin banisi Heydər Əliyevdir. Bu yolu davam etdirən də cənab prezidentimiz İlham Əliyevdir.
 
Heydər Əliyev SSRİ-də vəzifədən uzaqlaşdırıldıqdan sonra onun Moskvadakı evində özünün dəvəti ilə olmuşam. Onunla birlikdə həmin evdə müəyyən tapşırıqlar almışam. O zaman balıqçılıq sənayesində çalışırdım. Həmin gün “Nezavismaya Qazeta”, “Komsomolskaya Pravda” qəzetlərinin rəhbərliyini evə dəvət edib, rəhmətlikdən böyük bir müsahibə aldırmışam. Həmin qəzetin 300 nüsxəsini təyyarə ilə Azərbaycana gətirəndə o vaxtkı DTX-nın sədri İlhüseyn Hüseynov məni hava limanında saxlatdırıb. Sonra məni Ayaz Mütəllibovun qəbuluna gətirdilər. Ayaz Mütəllibova hadisəni təfərrüatı ilə başa saldım. O da məni sərbəst buraxdı.
 
 
Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasını təmin edənlərdən biri mən olmuşam. Onun Bakıya qayıtması zamanı məni hava limanında Qardaşlıq Cəmiyyətinin üzvləri tərəfindən döydülər. Hələ də gözümün altında əmələ gələn şiş qalıb. Heydər Əliyev Bakıya qayıdanda onu Cəlal Əliyev, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə və mən qarşıladıq. Eyni zamanda, rəhmətlik Moskvadan Bakıya qayıdanda onu ilk dəfə qarşılayan və gül dəstəsi verən Müasir Müsavat Partiyasının bugünkü sədri, yəni mən oldum. O zamandan bu günə qədər mənim mövqeyim açıq-aşkar ortadadır.
 
 
Mən fəxr edirəm ki, Azərbaycan müstəqilliyinin bu günə gəlib çıxmasında Heydər Əliyevin məsləhəti ilə yaradılmış Müasir Müsavat Partiyasının böyük xidmətləri olub və olacaqdır.
 
 
Ulu Öndərimizə allah rəhmət eləsin!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT