O, gələcəyimizin savadlı, bacarıqlı gənclərin əlində olmasını arzulayırdı

18:37 10-05-2023 | icon 356 | Siyasət
O, gələcəyimizin savadlı, bacarıqlı gənclərin əlində olmasını arzulayırdı


 

 

 

KÖNÜL İSMAYILOVA
/
Nizami rayon icra hakimiyyətinin məsul işçisi,
MMP Siyasi şurası və İdarə heyətinin üzvü
/

 

 

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

 

Ümummilli lider Heydər Əliyev öz xalqına, millətinə misilsiz xidmətləri ilə yaddaşlara əbədi həkk olub. Dahi rəhbərin milli maraqlara yönələn siyasəti, sosial, iqtisadi, mədəni intellektual cəhətdən ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının, tarixi irsinin və taleyinin həqiqi sahibinə çevirmək uğrunda mübarizəsi onun bitib-tükənməz ideyalarının inandırıcı potensialını daha da artırıb. Məhz xalqda olan bu inam böyük Azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişinin istinadına çevrilmişdi.

 

Böyük qayıdışdan sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başlamış, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyası işlənib hazırlanmışdı.

 

Böyük rəhbər gənclərin təhsilinə, işlə təmin edilməsinə, hərtərəfli inkişafına, onların dünyagörüşünün genişlənməsinə, beynəlxalq əlaqələrin artmasına, yeniliklərdən bəhrələnmələrinə, fiziki və əqli cəhətdən sağlam böyümələrinə xüsusi diqqət yetirirdi. O, "Gənclər bizim gələcəyimizdir" dedikdə, Azərbaycanın gələcəyinin ağıllı, savadlı, bacarıqlı gənclərin əlində olmasını arzulayırdı. Böyük rəhbər bilirdi ki, gənclər cəmiyyətin indikatoru, lakmus göstəricisidir. Belə ki, hər bir ölkədə cəmiyyətin səviyyəsini müəyyənləşdirən əsas qüvvə gənclərdir. Ümummilli lider Heydər Əliyev həmişə deyirdi ki, "dövlətimizin gələcəyi bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır". Hər bir ölkənin istər intellektual, istər mədəni, elmi, siyasi, istərsə də idarəçilik, dövlətçilik səviyyəsi onun gənclərinin intellektual potensialı ilə ölçülür. Bütün bunları incəliklərinə qədər bilən, hətta onların görünməyən tərəflərini belə görə bilən ulu öndər gənclərin təhsilinə, tərbiyəsinə, ictimai- siyasi baxışlarının itiliyinə diqqət yetirərək, bu istiqamətdə inkişaflarına geniş şərait yaradırdı. Bununla o, XXI əsrin yüksək səviyyəli insanlarını yetişdirir, milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik, azərbaycançılıq duyğularımızın saflığına, ucalığına çalışırdı. Bu yanaşma tərzi ilə Heydər Əliyev Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu müasir tələblərin bütün atributları ilə beynəlxalq miqyasda təmsil etməyə qadir olan, vətəni, milləti göz bəbəyi kimi qorumağa, ictimai-milli mənafeyi öz şəxsi mənafeyindən üstün tutmağa hazır olan gənclər ordusunun təməlini qoydu. İndi son dərəcə möhkəm və əzəmətli görünən bu təməl öz gücünü gələcəkdə daha da artıracaq, Azərbaycana ləyaqətlə xidmət edəcəkdir.

 

Heydər Əliyev dühasının uzaqgörən siyasətinin süzgəcindən süzülən ideyalarının ən möhtəşəm uğurlarından biri də ondan ibarət oldu ki, ulu öndər Azərbaycana İlham Əliyev kimi bir şəxsiyyət, Prezident bəxş etdi. Ulu öndərin xalqımız tərəfindən bəyənilən və dəstəklənən iqtisadi-siyasi kursunu hazırda ölkə Prezidenti cənab İlham Əliyev böyük uğurla davam etdirir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

Türkiyə-Azərbaycan biznes forumu BAŞLAYIB

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI