“Müharibə iştirakçısı olmayanlara veteranlıq statusu verilməsi araşdırılmalıdır”

11:07 07-11-2017 | icon 583 | Sosial
“Müharibə iştirakçısı olmayanlara veteranlıq statusu verilməsi araşdırılmalıdır”

“Əhali arasında deyirlər ki, erməniyə girov düşmək Yediyarovun əlinə düşməkdən yaxşıdır”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Palitika.az-a açıqlamasında bir sıra nüanslara toxunub. Həmin açıqlamanı təqdim edirik:

Mətbuatda Gədəbəy rayon İcra Hakimiyyətindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə göndərilən siyahı əsasında vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Şöbəsindən kütləvi surətdə müharibə veteranı statusu verilməsi haqda xəbərlər var.

Yayılan xəbərlərə görə 300-700 arası mülki şəxsə 1988-1994-cü illərdə Qarabağ müharibəsində iştirak etmələri haqda heç bir əsası olmayan, hüquq yaradan arayışlar verilib. Bu şəxslərin çoxunun həmin illərdə ümumiyyətlə heç ölkə ərazisində olmadıqları haqda məlumatlar var. Bununla əlaqədar Müasir Müsavat Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev Palitika.Az-a açıqlamasında sərt reaksiya verib.

MMP sədri qeyd edib ki, icra başçısı Ramiz Yediyarov Gədəbəyi hərraca çıxarıb. Onun sözlərinə görə, partiyanın yerli təşkilat sədrindən də icra başçısının əməlləri haqda müxtəlif məlumatlar alırlar:

“Bu adam dövlətə işləmir, onun imicinə ziyan vurur, rayona Rusiyada işləyib çörək pulu göndərən adamların başına oyun açır, torpaqları qarış-qarış ona-buna satır, bir sözlə ziyanvericiliklə məşğul olur. Belə harınlaşmış məmurların fəaliyyəti ciddi şəkildə yoxlanmalıdır. Bizə rayon təşkilatından da Gədəbəyin icra başçısı haqda xəbərlər gəlir. Elə bu günlərdə aldığımız məlumata görə, Ramiz Yediyarovun iştirak etdiyi bir məclisdə dava düşüb. Deyilənə görə, həmin məclisdə hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər və rayon prokuroru davanı güclə ayırıb. Yəni icra başçısı belə bir adamdır. Ona görə də müharibə veteranı statusu ilə bağlı ciddi araşdırmaya ehtiyac var. Hətta biz və rayon təşkilatımız icra başçısının ümumi fəaliyyətini yoxlamaq üçün müvafiq orqanlara yardımçı olmağa da hazırıq”. 

H.Hacıyev bildirib ki, R.Yediyarov kimi məmurlar ölkəni dağıtmaq istəyirlər və prezidentin fəaliyyətinə kölgə salırlar:

“Bu günlərdə Bakı-Tiflis-Qars kimi nəhəng layihə işə düşdü, İranda mühüm tədbirlər oldu, Azərbaycanın geostrateji və enerji siyasətində olduqca əhəmiyyətli hadisələr baş verir, ölkə dünya miqyasında layihələr həyata keçirir. Bu məqamda isə Gədəbəyin icra başçısı kimi adamlar özbaşınalıq edirlər, xaos yaradacaq addımlar atırlar, insanların hüquqlarını pozurlar, prezidentə qarşı insanları qaldırırlar. O baxımdan hesab edirəm ki, müharibə iştirakçısı olmayan adamlara rüşvət müqabilində veteranlıq statusu verməklə bağlı yoxlama aparılmalıdır. Bu yoxlama nəticəsində böyük cinayət çetesinin ortaya çıxacağı istisna deyil. Ümumiyyətlə, prezident ictimai nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb. Biz də, mətbuat da prezidentin yanındayıq, məmurların qanunsuz işlərini ifşa etməkdə əlimizdən gələni edirik, faktları açıqlayırıq, qoy qurumlar araşdırsınlar”. 

Partiya sədrinin sözlərinə görə, müharibə veteranı adı almaq şərəfli bir işdir:

“Ancaq bu ad saxta sənədlərlə başqalarına verilir. Buna ciddi yanaşmaq lazımdır. Gədəbəy düşmənlə sərhəd rayondur və bu bölgəyə xüsusi həssaslıq lazımdır. Görün icra başçısı camaata nə qədər “qan uddurub” ki, əhali arasında deyirlər ki, erməniyə girov düşmək, Yediyarovun əlinə düşməkdən yaxşıdır. Hələ məndə olan məlumata görə, Bakıda olan son mitinqlərə Gədəbəydən 70 adam gedib. Bu şəraiti icra başçısı yaradıb. Mən çox xahiş edirəm ki, hörmətli Zeynal Nağdəliyev bu rayonda baş verənlərlə bağlı araşdırma aparsın”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR