Bu şəhidlərin adları Bakı küçələrinə verildi

16:04 18-05-2023 | icon 1117 | Şəhidlər və şahidlər
Bu şəhidlərin adları Bakı küçələrinə verildi

Bakıda küçələrdən birinə 12-14 sentyabr 2022-ci ildə erməni təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun adı verilib.

 

Bu barədə şəhidin qardaşı Sənan Əhmədov məlumat verib. O bildirib ki, paytaxtın Xətai rayonunda yerləşən Abidə küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.

 

Şəhid Səbuhi Əhmədov ilə yanaşı, daha yeddi şəhidin adı küçələrə verilib.

 

Belə ki, ümumilikdə səkkiz şəhidin adları Bakı şəhəri, Sabunçu, Səbail və Xətai rayonları üzrə müfaiq küçələrə verilib.

 

Qərara əsasən, adlar Sabunçu, Səbail və Xətai rayonları üzrə aşağıdakı kimi dəyişdirilib:

 

Rayon

Küçənin köhnə adı

Küçənin yeni adı

Sabunçu

Maştağa qəsəbəsi, Burla Xatun küçəsi

Yalçın Rəhimov küçəsi

Səbail

Buxta küçəsi

Nicat Şükürlü küçəsi

Səbail

Badamdar qəsəbəsi, Qədim Qala küçəsi

Yusif Budaqov küçəsi

Səbail

Badamdar qəsəbəsi, Neftçilər küçəsi

Cavidan İbrahimli küçəsi

Səbail

Badamdar qəsəbəsi, Məktəbli küçəsi

Cəmil Məmmədli küçəsi

Səbail

Badamdar qəsəbəsi, Yanardağ küçəsi

Bakir Quliyev küçəsi

Xətai

3-cü Liman küçəsi

Rəcəb Yolçu oğlu küçəsi

Xətai

Sülh küçəsi

Kəmaləddin Məmmədzadə küçəsi

Xətai

Abidə küçəsi

Səbuhi Əhmədov küçəsi

 

Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədilə küçələrə adların verilməsi üzrə sxemlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT