Paytaxtda tarixi binaya müdaxilə

10:39 25-05-2023 | icon 320 | Mədəniyyət
Paytaxtda tarixi binaya müdaxilə

Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 16 ünvanında yerləşən tarixi binaya müdaxilə faktı aşkarlanıb.

 

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman tarixi tikilinin sütunlarının boya ilə rəngləndiyi müəyyən edilib.

 

Faktla bağlı qanunamüvafiq tədbirlər görülməkdədir.

 

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

 

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar:

 

“İstifadəsində və ya mülkiyyətində tarixi tikililər (abidələr) olan vətəndaşlarımızı tarixi tikililərimizin (abidələrimizin), eləcə də şəhərimizin bədii estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırır, bərpa işləri aparmaq istəyən şəxslərdən qanunvericiliyin tələblərinə riayət olunmasını tələb edirik”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ