Kişinyov görüşünün GÖZLƏNİLMƏZLİYİ

13:08 02-06-2023 | icon 319 | Siyasət
Kişinyov görüşünün GÖZLƏNİLMƏZLİYİ

Qarabağ və sərhəddə gərginlik arta bilər

 

Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronun iştirakı ilə Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən beştərəfli qeyri-rəsmi görüş başa çatdı.

 
 
Görüş ümumi mənada pozitiv müstəvidə keçdi.
 
 
Bunu görüş zamanı çəkilən fotolardanda da görmək olar. Lakin gözlənildiyi kimi sülh sazişi bu görüşdə imzalanmadı.
 
 

Nələr müzakirə edildi?

 
 
Kişinyov görüşündən sonra Şarl Mişel mətbuata açıqlamasında bunu deyib: “May ayında Brüsseldə müzakirə etdiyimiz məsələləri nəzərdən keçirmək, əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanımız oldu”.
 
 
Prinsip etibarilə Mişelin qeyd etdiyi bu məqamlar tərəflər arasında həll edilməyə çalışılan mövzulardır. Yəni Kişinyov görüşü zamanı indiyəqədərki gündəlik yenidən müzakirə olunub.
 
 
Gündəliyin dəyişməməsi, əslində, müsbət hadisədir. Rəsmi Bakı üçün də hazırda prioritet məsələ təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişidir.
 
 
Bundan başqa, Mişel qeyd edib ki, “bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti toplantıya çox yaxşı hazırlıq idi”. Yəni Brüssel görüşünün əsas müzakirə mövzusu da yenə təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi olacaq. Bunu da müsbət bir məqam olaraq qiymətləndirmək olar.
 
 

Format genişlənir

 
 
Şarl Mişelin bəyanatında diqqətçəkən bir məqam da Prezident Əliyevi, Baş nazir Paşinyanı, kansler Şoltsu və Prezident Makronu Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətində olduğunu deməsidir.
 
 
Növbəti beştərəfli görüşlə bağlı razılıq mahiyyət etibarilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün başlanan prosesdə oyunçuların sayının artması deməkdir. Bu isə öz növbəsində prosesdə iştirak edən qüvvələrin maraqlarının artması deməkdir.
 
 
Digər tərəfdən, təcrübə göstərir ki, formatın genişlənməsi nəticənin əldə edilməsini uzada bilər. Xüsusilə Fransanın olduğu bir formatda real nəticənin əldə edilməsi çətidir.
 
 
Lakin xoşbəxtlikdən əsas müzakirələr Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılır və Fransa ilə Almaniyanın iştirakı bütövlükdə qeyri-formal xarakter daşıyır.
 
 
Buna baxmayaraq, Berlinin proseslərdə iştirakı rəsmi Bakının İrəvanın Parisi prosesə daxil etmək cəhdlərinə bir cavabdır. Azərbaycan yaxşı başa düşür ki, Almaniya və Fransa Avropada təbii rəqiblərdir. Berlin Britaniyanın Avropa İttifaqından çıxması fonunda Fransanın təkbaşına liderik etməsini heç vaxt qəbul etməyəcək. Buna görə də Almaniyanın formatda olması Fransa faktorunun bloklanması baxımdan önəmlidir.
 
 

Gərginlik arta bilər

 
 
Kişinyov danışıqlarında müsbət məqamlar olsa da, nəticə etibarilə bu da Moskva görüşü kimi nəticəsiz qaldı. Təcrübə göstərir ki, nəticəsiz görüşlər həm Ermənistan-Azərbaycan şərti sərhədində, həm də Qarabağda gərginliyi artıra bilər.
 
 
Onsuz da Azərbaycan bütün vasitələrindən istifadə edərək Qarabağı danışıqlar masasından kənarda saxlamağa çalışır. Rəsmi Bakı bunu daxili məsələsi olaraq gördüyü üçün separatizmə qarşı praktiki addımlar atması istisna deyil. Lakin Qərb formatında nəticəsiz görüşlərin davamlı xarakter alması öz növbəsində Ermənistan-Azərbaycan şərti sərhədində gərginliyin artmasına gərtirib çıxara bilər.
 
 
Turan Rzayev
/Politoloq/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

Türkiyə-Azərbaycan biznes forumu BAŞLAYIB

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI