“Millət Naminə” TƏQDİMAT

15:40 02-06-2023 | icon 372 | Mədəniyyət
“Millət Naminə” TƏQDİMAT

Mehmandarovlar nəslindən bəhs edən “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” filminin ilk nümayişi iyun ayının 5-də saat 19.00-da Nizami Kino Mərkəzində keçiriləcək.

 

Versus.Az xəbər verir ki, filmdə Qarabağın hökmdarı İbrahim Xəlil xanın mehmandarı Mirzə Əli bəy tərəfindən əsası qoyulmuş, daha sonra Şuşada və Azərbaycanın digər bölgələrində məskunlaşan Mehmandarovlardan bəhs edilir.

 

Mehmandarovlar XX-XXI əsrlərdə Azərbaycanın ictimaisiyasi həyatında özünəməxsus rol oynayıb. Filmin əsas qəhrəmanı Peterburq TibbCərrahlıq Akademiyasının məzunu Əbdül Kərim bəy Mehmandarovun həkimlik fəaliyyəti ilə yanaşı ötən əsrin əvvəllərində Qarabağın və ümumilikdə Azərbaycanın tarixində əhəmiyyətli rol oynaması, eləcə də 1905-1906-cı illərdə ermənilərin törətdiyi qırğınlara qarşı şuşalıların mütəşəkkil qaydada müqavimət göstərməsində, xalqın səfərbər edilməsində və Difai təşkilatının yaradılmasında müstəsna xidmətləri əksini tapır. Əsas süjet xətti onun və kadrda görünməyən daha bir personajın - Səsin apardığı söhbətlərdən ibarətdir. Filmin çəkilişləri Bakıda və Şuşada aparılıb.

 

“Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

 

Filmin rejissoru Yavər Rzayev, ssenari müəlllifləri Yavər Rzayev, Vasif Quliyev, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Azər Hacıəsgərli, montaj rejissoru Elşad Rəhimov, prodüseri Nazim Hüseynovdur. 02.06.2023 “Azərbaycanfilm” kinostudiyası

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır