Aərbaycanın İraqdakı səfiri üçüncü dəfə Kərkükü ziyarət edib

13:19 07-06-2023 | icon 557 | Siyasət
Aərbaycanın İraqdakı səfiri üçüncü dəfə Kərkükü ziyarət edib

"Kərkük Türkmənelinə ziyarət və işbirliyi davam edəcək"

 

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov üçüncü dəfə Kərkük Türkmənelini ziyarət edib.

 

İraq Türkməneli Partiyasından versus.az-a verilən məlumata görə səfər türkmənlər arasında böyük sevinc və məmuniyyət hissi yaradıb və onlar Azərbaycan böyükelçisini alqışlarla qarşılaylblar.

 

Türkmən ictimaiyyətinin nümayəndələri ilə görüşdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün qardaşlıq, dostluq mesajları səsləndirilib, tarixi bağlardan söhbət açılıb.

 

Türkmən cəmiyyətinin çox sayda tanınmış simasl səfir Nəsir Məmmədova Kərkükdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması istəyində olduqlarını çatdırıblar.

 

Görüşdə İraq Türklərinin Azərbaycan etnik, mədəniyyətinin bir parçası olduqları vurğulanıb və Azərbaycanın öz qardaşları ilə daha yaxından maraqlanması, müxtəlif sahələrdə əməkdaşlığı dilə gətirilib. Bildirilib ki, türkmənlər Azərbaycan - İraq və Türkiyə - İraq arasında dostluq körpüsü olmağa çalışırlar.

 

Səfir Nəsir Məmmədov bütün çıxışları diqqətə aldığını, Kərkük Türkmənelinə ziyarətin və işbirliyinin davam edəcəyini dilə gətirib, gprüşdən çox məmnun qaldığını bildirib.

 

 

Ağanisə Əliqaraqızı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT