“Ermənistan ABŞ-ı da bu ekoloji cinayətə də cəlb edib”

20:03 08-06-2023 | icon 331 | Siyasət
“Ermənistan ABŞ-ı da bu ekoloji cinayətə də cəlb edib”

Aydın Quliyev: “BMT Ermənistanı beynəlxalq konvensiyalara əməl etməyə çağırmalıdır

 

“Naxçıvanın Arazdəyən məntəqəsində Ermənistanın metal emalı zavodu tikintisi layihəsi Azərbaycana və onun tərkib hissəsi olan Naxçıvan əhalisinə qarşı böyük ekoloji cinayət planıdır. Burda heç bir xoş niyyətdən söhbət gedə bilməz, ortada yalnız düşmənçilik niyyətləri var”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Aydın Quliyev Ermənistanın Naxçıvan yaxın ərazidə metal emalı zavodunun tikintisi ilə bağlı açıqlamasında bildirib.

 

 A.Quliyev hesab edir ki, bu, Ermənistanın Azərbaycana qarşı düşmən niyyəti olmasaydı, 180 min tonluq metal emalı gücündə olan zavodu Arazdəyən-də, yəni Naxçıvanın bir addımlığında yox, sərhədlərdən uzaqda, daha içərilərdə olan ərazilərində tikərdi:

 

“Ermənistan Azərbaycana qarşı ekoloji cinayət planlarını davam etdirir. Belə ki, ermənilər Qərbi Azərbaycanda iki böyük zavodun zəhərini Oxçuçaya axıtmaqla Azərbaycanın böyük hissəsinə ziyanlar vurur. İndi də həmin planlarını  bu zavodun tikintisi ilə Naxçıvan əhalisinə vurmağa çalışır.  Söhbət təkcə Naxçıvan əhalisindən getmir, eyni zamanda bu ekoloji təhlükədən Türkiyə əhalisinin də zərər görəcəyi realdır”.

 

A.Quliyev BMT-nin transsərhəd məkanlarda ekoloji təsirlərlə bağlı xüsusi konvensiyasını xatırladıb. O, məhz bu konvensiyanın tələblərinin hazırda Ermənistan tərəfindən kobud şəkildə pozulmasının şahidi olduğumuzu önə çəkib:

 

“Ermənistan bu konvensiyanın üzvüdür. Transsərhəd təsirlərlə bağlı konvensiyanın tələblərinə görə üzv ölkə özünün sərhədlərinə yaxın ərazilərdə ekoloji cəhətdən ziyanlı hər hansı bir layihəni həyata keçirərkən məsələyə humanist yanaşmalı və bu barədə qonşu ölkələrə məlumat verib onun razılığını almalıdır. Amma Ermənistan nəinki Naxçıvandakı bu cinayət hazırlığı ilə bağlı Azərbaycanın razılığını almayıb, üstəlik özünün Azərbaycan xalqına qarşı cinayətinə ABŞ kimi dünyada ekoloji saflıq uğrunda mübarizə aparan ölkəni də cəlb edib”.

 

A.Quliyev bildirib ki, ABŞ şirkətləri Ermənistanın hazırladığı bu ekoloji cinayət layihəsindən imtina etməlidir. Əks təqdirdə hansı tarixi məsuliyyətin qarşısında olduqlarını bilməlidirlər:

 

“Bir vaxtlar ermənilərin Qərbi Zəngəzurda-Qafanda Oxçuçaya axıtdığı ziyanlı tulantılarda iştirak etdiyinə görə Almaniyanın müəyyən şirkətləri məsuliyyət daşıdılar. Arzu edilən odur ki, Amerika şirkətləri alman şirkətləri kimi Ermənistanın oyunlarına alət olmasınlar. Və Azərbaycan xalqına qarşı Naxçıvanla sərhədə hazırladıqları bu cinayətdə iştirak etməsinlər. Ona görə də dünya ictimaiyyəti, ABŞ hökuməti Ermənistanın bu cinayətinə “dur” deməyi bacarmalıdırlar. Özləri ən azı bu layihəni maliyyələşdirməkdən imtina etməlidirlər. Çünki Ermənistan bölgə üçün ekoloji təhlükə olan yeni bir mənbəni yaratmaqdadır”.

 

Metsamor atom elektrik stansiyasının bölgə üçün çox böyük təhlükə vəd etdiyini qeyd edən, A.Quliyev Ermənistanın bu stansiyanın bağlanması ilə bağlı Avropa Şurasının illər öncə qəbul etdiyi qərarı icra etmədiyini, hətta qəzalı vəziyyətdə olan AES-də yeni bir nüvə reaktorunu tikməyə başladığını da xatırladıb. Bildirib ki, bütün bunlar Ermənistanın dünyada ekoloji təhlükəsizliklə bağlı sağlam çağırışlara, müraciətlərə nə qədər etinasız yanaşdığını və cinayətkar mövqe tutduğunu göstərir:

 

“Ona görə də dünya ictimaiyyəti, BMT strukturları bu məsələdə qəbul etdikləri konvensiyanın tələblərinə ardıcıl yanaşmalı və Ermənistanı beynəlxalq konvensiyalara əməl etməyə çağırmalıdırlar”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Əmirbəyovdan “Zeit”ə AÇIQLAMA

DİM-in yeni korpusu təqdim olundu