4 övladı olan ana yardım diləyir

13:25 12-06-2023 | icon 237 | Cəmiyyət
4 övladı olan ana yardım diləyir

“Uşaqlarıma yemək belə ala bilmirəm”

 

8 yaşlı Fatimənin sizin dəstəyinizə ehtiyacı var. Bu barədə Oxu.Az-a onun anası Leyla Məmmədova məlumat verib.

 

O bildirib ki, övladı leykoz xəstəliyindən əziyyət çəkir.

 

“4 ay öncə Fatimənin burnundan qanaxma başladı. Əvvəllər çox ciddi yanaşmasam da, həkim müayinəsinə getdiyimiz zaman Fatimədə leykoz xəstəliyinin ilkin mərhələdə olduğunu öyrəndik”.

 

Leyla Məmmədova bildirib ki, həyat yoldaşı 3 il öncə vəfat edib.

 

“Mənim dörd övladım var. Üç il əvvəl yoldaşım vəfat edib. Uşaqların yaşları az olduğu üçün onları tək buraxıb işləyə də bilmirəm. İnanın bəzən uşaqlara verməyə yemək tapmıram, qonşular kömək edirlər. Övladlarımın qarşısında çox acizəm, buna görə çox utanıram. Hazırda Fatimənin 4 aylıq müalicəsi üçün lazım olan 7 500 manatın 1 500 manatını yardımsevər şəxslərin dəstəyi ilə toplaya bilmişik. Amma 6 000 manatımız çatmır. Bu məbləği toplamaq bizim üçün mümkünsüzdür. Yardımsevər şəxslərə bizə dəstək olmaları üçün yalvarıram”.

Ailə ilə əlaqə: 050 345 16 67

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır