Qazilərə verilən avtomobillərdə cərimələr silinəcəkmi?

12:57 13-06-2023 | icon 221 | Siyasət
Qazilərə verilən avtomobillərdə cərimələr silinəcəkmi?

I və II Qarabağ müharibəsi qazilərinə verilən avtomobillərə yazılmış cərimələrin silinməsi təklif edilir.

 

Versus.Az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 13-də keçirilən plenar iclasda çıxış edib.

 

O bildirib ki, I və II Qarabağ müharibəsi qazilərinə dövlət tərəfindən verilən avtomobillər əvvəlki illərdə texniki baxışdan keçirilmirdi və bunu fürsət kimi dəyərləndirərək gələn cərimələri ödəməyiblər:

 

“İllər ərzində həmin cərimələr çoxalıb. Hətta bir qazinin cəriməsi həmin vaxtdan bu yana 67 min manata çatıb. Bu da onların şəxsi məsuliyyətsizliyi səbəbindən olub. Çünki onların mütləq əksəriyyəti gələn SMS-lərə fikir verməyiblər. Təbii ki, bütün bunlar heç kimi məsuliyyətdən yayındırmır. İnzibati Xətalar Məcəlləsində cərimələrin 5 il müddət keçdikdən sonra qüvvədən düşməsi ilə bağlı qanun mövcuddur və işləkdir. Onlar sadəcə prosesin sürətlənməsini xahiş edirlər. Çünki cərimələr çox olduğu üçün bəziləri avtomobillərin nömrəsini çıxarıb idarə edirlər. Bu da qayda pozuntusudur. Qazi və veteranların bir hissəsi sürdükləri avtomobillərin cəriməsini ödəmədiyindən bu tip problemlər artmaqdadır. Xahiş edirlər ki, bu günə qədər olan cərimələrə amnistiya edilsin, bundan sonra hər hansı qayda pozuntusu baş verərsə, hər biri ödəniləcək “.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Əmirbəyovdan “Zeit”ə AÇIQLAMA

DİM-in yeni korpusu təqdim olundu