Media siyasətinə yenidən baxılması zərurəti

21:47 23-06-2023 | icon 330 | Siyasət
Media siyasətinə yenidən baxılması zərurəti

Ceyhun Məmmədov: “Tənqid etmək normaldır, ancaq təhqir qəbul edilməzdir”

 

“Son proseslər bir sıra daxili və xarici qüvvələrin mətbuatdan və sosial mediadan ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, dövlətimizə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə cəhdlərinin sürətlə artdığını göstərir. Gədəbəydə baş verən hadisələr bir daha bunu təsdiq etdi”.


Versus.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bugünkü iclasında Gədəbəydə kənd camaatı ilə əhali arasında baş verən insidentlə bağlı çıxışında bildirib.

 

Deputat proseslərin artıq ənənəvi medianın sosial şəbəkələrlə rəqabətdə uduzduğunu qeyd edib. Onun fikrincə, bu informasiyanın əlçatanlığını daha sürətli təmin etməklə yanaşı informasiya təhlükəsizliyi baxımından bir sıra problemlər də yaradır:


“Bütün bunlar informasiya təhlükəsizliyini təmin etmək üçün ölkəmizin media siyasətinə yenidən baxılmasını, yerli media qurumlarının öz fəaliyyətini daha peşəkar səviyyədə qurmasını zəruri edir”.


C.Məmmədov eyni zamanda qardaş Türkiyədə keçirilən seçkilərə diqqət çəkərək, sosial mediada aparılan çirkin təbliğatın ictimai rəyə çox ciddi təsir göstərdiyini qeyd edib:

 

“Bəzən bir sosial platformada yayılan videoya 30 milyon insanın baxması kiçik rəqəm deyil. Onu da təəssüflə qeyd etmək lazımdır ki, bəzi qruplar sosial şəbəkələri və medianı söyüş meydanına çeviriblər. Xüsusilə xaricdə oturan şəxslər bu məsələdə çox ciddi fəallıq göstərir. Ölkə rəhbərliyinin və dövlət məmurlarının ünvanlarına davamlı olaraq hədyan və təhqirlər yağdırırlar. Kimsə kimisə, nəyisə tənqid edə bilər, bu normaldır ancaq təhqir qəbul edilməzdir”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Əfsanəvi telefonun yeni VERSİYASI

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT