Riyaziyyatçılarımız ABŞ-da qızıl medallar qazanıblar

09:23 13-07-2023 | icon 297 | Təhsil
Riyaziyyatçılarımız ABŞ-da qızıl medallar qazanıblar

Azərbaycanlı riyaziyyatçılar ABŞ-nin Nyu-York şəhərində, Kolumbiya Universitetində keçirilən Beynəlxalq Kopernikus Olimpiadasında 7 qızıl, 23 gümüş və 13 bürünc medal qazanıblar.

 

“Global Olympic Center”in təşkilatçılığı ilə keçirilən beynəlxalq olimpiadanın qlobal mərhələsində ölkəmizi müxtəlif yaş qruplarında və müxtəlif məktəblərdən seçilmiş 60 istedadlı şagirddən ibarət komanda təmsil edib.

 

Olimpiadanın açılış mərasimində komandamızın üzvləri Azərbaycan dövlət himninin sədaları altında səhnəyə çıxıblar. Azərbaycanlı riyaziyyatçılar beynəlxalq turnirdə 22 ölkə ilə yarışıblar və ölkəmizin komandası 5 kateqoriya üzrə təmsil olunub.

 

Sonda olimpiada qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim çıxış edərək bütün iştirakçıları və Azərbaycan komandasını təbrik edib. Səfir gənc riyaziyyatçılara uğurlar arzulayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ