Yer kürəsinin ən nəhəng canlısı

08:02 17-08-2023 | icon 226 | Maraqlı
Yer kürəsinin ən nəhəng canlısı

Alimlər Yer kürəsinin ən böyük canlısını müəyyən ediblər. Bu 39 milyon il əvvəl yaşamış və “Perucetus colossus” (“Nəhəng Peru balinası”) adını almış balinadır.

 

Nəhəng canlının fosilləri Perunun cənubundakı İka səhrasında aşkar edilib. Bura vaxtilə dayaz bir körfəzin dibi olub. Bildirilir ki, arxeoloqlar tapıntının çıxarılması üçün çox əziyyət çəkməli olublar.

 

Ümumilikdə 18 sümük tapılıb. Bunlardan 13-ü fəqərə, dördü qabırğa və biri bud sümüyünün hissəsidir. Bunun sayəsində alimlər nəhəngin ölçüsünü və çəkisini müəyyən ediblər. Kəlləni tapmaq mümkün olmayıb, lakin onun kiçik olduğuna inanılır.

 

 

“Perulu”nun uzunluğu 20 metrə çatıb. O, Ölçüsünə görə mavi balinadan geri qalsa da, lakin çəkisinə görə ondan üstündür. Onun çəkisinin də 340 ton olduğu ehtimal edilir (mavi balina 180 ton).

 

Mütəxəssislər nəhəngin yavaş üzdüyü fikrini irəli sürürlər. Kütləvi sümüklər balinaya dərinlikdə qalmağa və dalğalara müqavimət göstərməyə kömək edib. Onun lil və qumdan əmdiyi, yaxud süzdüyü dib balıqları, xərçəngkimilər və mollyuskalarla qidalandığı güman edilir.

 

Bu kəşf balinakimilərin təkamülü barədə bütün təsəvvürləri dəyişir. Əvvəllər onların indiki nəhəng ölçüsünə yalnız son bir neçə milyon ildə çatdıqlarına inanılırdı.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ