“Ermənilərin ərazisimizi tərk etməsinə şərait yaradılması doğru strategiyadır”

13:30 22-08-2023 | icon 189 | Siyasət
“Ermənilərin ərazisimizi tərk etməsinə şərait yaradılması doğru strategiyadır”

Elxan Şıxəliyev: "Köç başlasa da, bu hələ ki, kütləvi şəkil almayıb"

 

“Bu ermənilər onu da anlamağa başlayıblar ki, yaxın gələcəkdə Azərbaycan qanunları ilə yaşamayacaqlarsa, Qarabağda həyatlarını davam etdirə bilməyəcəklər və ona görə indidən bölgəni tərk etməyə başlayıblar. Axtarışda olan caniləri çıxmaq şərtilə bu ermənilərin Azərbaycan ərazisini tərk etməyə şərait yaradılması doğru strategiyadır”.


Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Elxan Şıxəliyev rus vətəndaşı olan ermənilərin Laçın keçid -buraxılış məntəqəsindən keçərək Ermənistana köçməsi ilə bağlı bildirib.

 

Onun sözlərinə görə, köç başlasa da, bu hələ ki, kütləvi şəkil almayıb:

 

“Elə etməliyik ki, yad ünsürlər və Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin ərazimizi tərk etmələri sürətlənsin”.

 

E.Şıxəliyev eyni zamanda qeyd edib ki, Qarabağı 3 qrup erməni tərk edə bilər. Ekspert bildirib ki, birinci qrupa Ermənistan ordusunun həbrçiləri daxildir:

 

“Azərbaycan Laçın yolunu nəzarətə götürdükdən sonra onların hərbi formada geri dönüşü mümkün deyil. Onlar eyni zamanda Qarabağda qalmaq istəmirlər. Belələri hərbi formalarını mülki geyimə dəyişərək Ermənistan pasportu ilə Qarabağı tərk edə bilərlər. İkinci qrupa Rusiya pasportu olan Qarabağ erməniləri aiddir. Onlar da Rusiyaya köçməyə üstünlük verə bilərlər. Üçüncü qrupa Qarabağ ermənilərinin özləri aiddir. Bu o ermənilərdir ki, Azərbaycan qanunları ilə yaşamaq istəmirlər”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Mədəkiçiltmə erasının sonu gəlir

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA