"Həmsədrlər və ATƏT yalnız dialoq üçün şəraitin yaradılmasına kömək edə bilər"

17:53 19-02-2019 | icon 448 | Qarabağ
"Həmsədrlər və ATƏT yalnız dialoq üçün şəraitin yaradılmasına kömək edə bilər"

 

"ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız Dağlıq Qarabağ münaqişəsi üzrə dialoq üçün şəraitin yaradılmasına kömək edə bilərlər".

 

Versus.Az Milli.Az -a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, slovakiyalı həmkarı Miroslav Layçakla birgə mətbuat konfransında deyib.

 

S.Lavrov Rusiya, ABŞ və Fransadan olan həmsədrlərin sıx təmasda olduqlarını bildirib:

 

"Onlar artıq Azərbaycan və Ermənistan liderləri ilə görüşüblər, xarici işlər nazirləri ilə yeni təmaslara hazırlaşırlar. Ermənistanda yeni hakimiyyətin bu yaxınlarda formalaşdığını nəzərə alsaq, şübhəsiz ki, bu mərhələdə nizamlanma prosesinin nə dərəcədə intensiv və dərin inkişaf edə biləcəyini anlamaq üçün əlavə vaxt tələb olunur. Bir daha təkrarlayıram ki, həmsədrlər və ATƏT yalnız dialoq üçün şəraitin yaradılmasına kömək edə bilərlər, qərar isə əlbəttə ki, dialoq zamanı, tərəflər arasında birbaşa danışıqlarda qəbul olunmalıdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR