"ermənilərin ərzaq yardımından imtinası ucuz şou idi"

14:01 12-09-2023 | icon 216 | Siyasət
"ermənilərin ərzaq yardımından imtinası ucuz şou idi"

Sahib Alıyev: “Ağdam-Xankəndi yoluna beton blokun düzülməsi əmrinin haradan gəldiyi də sirr deyil”

 

“Moskvadan tam asılı olan və üstəlik də “acından ölənlər”in onun göndərdiyi  yükdən guya imtina etmələri çox ucuz şou təsiri bağışlayırdı. Maraqldır, öz proksilərini  müstəqil həkət edən biriləri kimi gösətərməklə, yəni Paşinyancasına subyektliklərini qabartrmağa çalışmaqla kimi aldadırdılar?”

 

Bunu Versus.az-a deputat Sahib Alıyev ermənilərin Rusiyanın göndərdiyi ərzaqdan imtina etməsi ilə bağlı açıqlamasında bildirib.

 

S.Alıyev qeyd edib ki, Qarabağdakı  haylar əvvəllər 70% Rusiyanın təsiri altında idilərsə, indi tam təsiri altındadırlar. Hətta burada söhbət təsirdən də yox, Paşinyanın terror hədəfinə çevrilməmək üçün rüşvət qismində ayrıdığı bir neçə yüz milyon dollar maliyyəni nəzərə almasaq, tam asılılıqdan gedir:

 

“Rusiyanın Qızıl Xaç Cəmiyyətini Ağdam-Xankəndi marşrutuyla göndərmək istədiyi humanitar yükü  oradakı “miatsum”çuların guya qəbul etmək istəməmləri nə deməkdir?  Kim bilmir ki, o “miatsumçu”ların əksəriyyəti hələ sovet dönəmindən Moskvadakı bəlli struktura bağlı ünsürlərdi. Və kim bilmir ki, hazırda Xankəndindəki xunta həm də Paşinyanın Qarabağ yükündən özünə xətər yetirilmədən qurtamaq üçün yeritdiyi siyasət nəticəsində tam şəkildə Rusiyanın kontrolundadır və onun proksisi kimi çıxış edilər. İndi onları müstəqil həkət edən biriləri kimi gösətərməklə, yəni Paşinyancasına subyektliklərini qabartrmağa çalışmaqla kimi aldadırlar. Ağdam-Xankəndi yoluna beton blokun düzülməsi haqda əmrin haradan gəldiyi də axı kimsəyə sirr deyil. Və nəticə ortada". 

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT